QR CodeQR Code

Livanlı generaldan şok ifşa

Islamtimes , 10 Jan 2014 00:26

İslamtimes - Səudiyyə Ərəbistanı əsilli terrorist əl Macidi gizli məlumatları danışmaması üçün Səudiyyə tərəfindən qətlə yetirilib.


Sabiq livanlı ordu generalı Emin Hatit səudiyyəli terrorist Macidini Ərəbistanın susdurduğunu və bu hadisənin Səudiyyə krallığı üçün böyük bir utanc və onun himayə etdiyi terroristlər üçün də bir ibrət olduğunu bildirib.

Livanlı ekspert və təqaüddə olan general Emin Hatit Səudiyyəli terrorist Macidinin sirli ölümünün arxasında Səudiyyə Ərəbistanın dayandığını bildirib.

General Emin Hatit Macidinin danışmaması üçün öldürüldüyünü və danışacağı təqdirdə Səudiyyə krallığı, ABŞ, İngiltərə və İsrail iş birliyinin bütün məqamları cəmiyyətə bəlli olacağını demişdir.

Macidinin susdurulmasını Səudiyyə Ərəbistanı və Livanda yetişdirilib Suriyaya və digər İslam ölkələrinə göndərilən əl Qaidə terroristləri üçün “təhlükəli siqnal” olduğunu deyən livanlı general bu hadisənin arxasında çox ciddi bir ifşa qorxusu dayandığını, Səudiyyə Ərəbistanı üçün böyük rəzalət olan bu həqiqətin onun yetişdirdiyi terroristlər üçün isə bir ibrət olduğunu bildirib.

Səudiyyə əsilli terrorist Macid İranın Beyrutdakı səfirliyi qarşısında həyata keçirilən və 26 nəfərin həlak olmasına və 146 nəfərin isə yaralanmasına səbəb olan bombalı hücumda günahkar bilinirdi.
Haiti Macidinin xəstəxanada Səudiyyə Ərəbistanından olan bir heyət ilə görüşdükdən bir neçə saat sonra vəfat etdi.

Səudiyyə Ərəbistanın müsəlmanlara qarşı kirli oyun oynayaraq İsrail, İngiltərə və ABŞ ilə iş birliyi etməsinin bütövlükə bir rəzillik olduğunu bildirən Hatit həmçinin Macidin necə öldüyünü və sorğu-sualda nələri dediyini bilmək başda İran olmaqla bütün terror ilə mübarizə aparan İslam ölkələrinin haqqı olduğunu deyib.


Story Code: 339827

News Link :
https://www.islamtimes.org/az/news/339827/livanlı-generaldan-şok-ifşa

Islam Times
  https://www.islamtimes.org