QR CodeQR Code

İran ilə Avropa Birliyi arasında aparılan Cenevrə danışıqları başa çatdı

11 Jan 2014 01:32

IslamTimes - İranın xarici işlər nazirinin müavini ilə Avropa İttifaqının xarcici siyasət üzrə koordinatorunun müavini arasında Cenevrədə aparılan müzakirələrin ikinci mərhələsi başa çatıb.


Deyerler-in İRİB-ə istinadən verdiyi məlumata əsasən, aparılan mərhələli müzakirələrdə İranın xarici işlər naziri Abbas Əraqçı və Avropa xarici siyasət koordinatorunun nümayəndəsi xanım Ketrin Eştonun müavini xanım Helqa Şmit arasında Cenevrə anlaşması barədə qalan fikir ayrılıqları barəsində müzakirələrin bü gün səhər saatlarında davam edəcəyi barədə razılıq əldə edilib.
 
Həmçinin İran xarici işlər nazirinin müavini, Avropa İttifaqı xarici siyasət koordinatorunun müavini, ABŞ-ın “5+1” qrupundakı təmsilçisi Vendi Şermen, Cenevrə anlaşması haqda üçtərəfli iclas keçiriblər.


Story Code: 339848

News Link :
https://www.islamtimes.org/az/news/339848/iran-ilə-avropa-birliyi-arasında-aparılan-cenevrə-danışıqları-başa-çatdı

Islam Times
  https://www.islamtimes.org