0
Saturday 11 January 2014 - 10:40

Rusiyada terror törədən Azərbaycan vətəndaşı həbs olundu

Story Code : 339879
Rusiyada terror törədən Azərbaycan vətəndaşı həbs olundu
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, yaxalananlardan biri Azərbaycan vətəndaşıdır.

Dekabrın 27-də Pyatiqorsk şəhərində avtomobil müfəttişliyinin binası qarşısında içərisində bomba yerləşdirilmiş avtomobil partladılıb. Nəticədə üç nəfər həlak olub, müfəttişliyin binası dağılıb.

Komitənin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanları qısa zamanda terror aktını törədənlərin izinə düşüb. Partlayışı törətməkdə şübhəli bilinən Ramazan və Vladimir Xalizovlar, Maqomed İbrahimov və Azərbaycan vətəndaşı Murad Qeybulla oğlu Atayev saxlanılıb.

Saxlanılanlar artıq törətdikləri əməli etiraf ediblər və bildiriblər ki, daha irimiqyaslı terror aktına hazırlaşırdılar. Saxlanılanlar barəsində cinayət işi qaldırılıb, detallar açıqlanmır.

Pyatiqorskda partladılan partlayıcı qurğunun gücü 50 trotil ekvivalentinə bərabər olub. Bu hadisədən üç gün sonra, dekabrın 30-da Volqoqradda eyni gücdə partlayıcı ilə terror aktı törədilib. Nəticədə 30-dan çox adam həlak olub.
Comment