QR CodeQR Code

Ağ Ev sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb

12 Jan 2014 01:27

IslamTimes - Ağ Ev bir daha İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb.


APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev bununla bağlı yaydığı məlumatda sanksiyaların artırılmasının İranla aparılan siyasi müzakirələr prosesini dalana dirəyəcəyini bildirib.
Xəbərdə həmçinin ABŞ Konqresinin İrana qarşı sanksiyaların artırılmasını özündə ehtiva edən qanun layihəsi hazırlanması tənqid edilərək, bunun həm zaman, həm də rəsmi Vaşinqtonu çətinə salacağı baxımından anlaşılmasının mümkün olmadığı qeyd olunub.
Eyni zamanda Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Bernard Mihan bildirib ki, ABŞ Konqresinin üzvləri ölkəni açıq şəkildə hərbi baxımdan çətin bir vəziyyətə sürükləmək istəyirlərsə, onda cəmiyyət qarşısında özləri ən öndə getməli və xalqa cavab verməlidirlər.


Story Code: 340223

News Link :
https://www.islamtimes.org/az/news/340223/ağ-ev-sanksiyaların-sərtləşdirilməsinə-qarşı-çıxıb

Islam Times
  https://www.islamtimes.org