QR CodeQR Code

İranın xarici işlər naziri İraq, İordaniya və Livana səfər edəcək

12 Jan 2014 14:03

IslamTimes - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə İraq, İordaniya və Livana səfər edəcək.


Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, Məhəmməd Zərifin bu ölkələrə səfəri gələn həftə ərzində baş tutacaq.
Səfər zamanı, Zərif bu ölkələrin rəhbərləri ilə bölgədə baş verən prosesləri və iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bundan öncə İranın XİN rəhbəri bölgənin bir neçə ölkəsinə, o cümlədən Qətər, Oman, Küveyt, BƏƏ və İraqa səfər edib.


Story Code: 340332

News Link :
https://www.islamtimes.org/az/news/340332/iranın-xarici-işlər-naziri-iraq-iordaniya-və-livana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org