0
Monday 13 January 2014 - 01:11

Belə davam etsə “artıq yetər” deyərik

Story Code : 340809
Belə davam etsə “artıq yetər” deyərik
Belə davam etsə “artıq yetər” deyərik
“Amerikanın Səsi”nin suallarını cavablayan Henri Barkey hökumətin və hökumətə yaxın şəxslərin 17 dekabrda başlayan rüşvət və korrupsiya istintaqından sonra ortaya çıxan siyasi böhranda xarici qüvvələrin, xüsusilə Amerikanın, ya da İsrailin barmağı olduğu istiqamətindəki günahlandırmalarına işarə etdi. Barkeyin fikrincə, bunlar heç bir şəkildə isbatlanmayacaq iddialardır və bu iddiaların davam etməsi nəticəsində böhran daha da böyüyə bilər, nəticədə Vaşinqton da bir nöqtədə “artıq yetər” deyə bilər.

“Amerikanın Türk hökumətinə çox yardımı oldu”
Henri Barkey “Amerika Türkiyənin ən böyük müttəfiqidir və Türk hökumətinə çox köməyi toxundu. Bundan sonra hökumət öz tərəfdarlarını Amerika əleyhinə çevirdi və hər cür qorxunc iddialarla günahlandırdı. Bu söylədiklərini dəstəkləyə bilməzlər, çünki heç bir dəlilə əsaslanmır” deyə danışdı.

“Seçkidə AKP-nin səsləri 42%-ə düşsə...”
Yaşananların, əlaqələrin geriyə doğru gedən prosesin daha başlanğıcı olduğunu söyləyən Barkeyə görə, 30 martda keçiriləcək bələdiyyə seçkiləri Türkiyə siyasətində çox əhəmiyyətli bir göstərici olacaq. Ədalət və İnkişaf Partiyasının səslərinin 42%-ə düşməsinin Türkiyədə daha aktiv bir müxalifət meydana gəlməsinə səbəb ola biləcəyi ehtimalını verən Barkey iqtidar partiyasının bələdiyyə seçkilərində itirəcəyi az miqdarda səsin belə CHP və MHP kimi müxalifət partiyalarını daha da cəsarətləndirəcəyini düşünür.

Türk demokratiyası “İki addım irəli, iki addım geri”
Henri Barkey Türk demokratiyası üçün “iki addım irəli, iki addım geri” prinsipinin xarakterizə olduğunu qeyd edərkən xüsusilə əsgərlərin siyasətdən uzaqlaşdırılmasını Türkiyənin müvəffəqiyyət xanasına yazmaqla birlikdə “Əsgərlər artıq o qədər güclü deyil, amma artıq Baş nazir və tək bir partiya gərəyindən çox gücləndi. Bir şəkildə cəmiyyət içində tarazlıq yaradılması lazımdır. Bunu da etmənin tək yolu bir-birinə hücum deyil, konstitusiya reformundan keçər” fikirini dilə gətirdi.

“Əcnəbilərə, yəhudilər və Qərbə düşmən”
Lehigh Universiteti müəllimi, CIA-nın Türkiyə mütəxəssislərindən Henri Barkey həftə içində Vaşinqtondakı Wilson Center adlı düşüncə quruluşunda qatıldığı Türkiyədəki siyasi böhranla əlaqədar yığıncaqda son dövrdə Türk televiziyalarını və qəzetlərini tez-tez izlədiyini, ardı-arası kəsilmədən “xarici düşmən, yəhudi düşməni və Qərb düşməni” fikrini aşılayan proqramların yayınlandığını və bu mövzuların müzakirə edildiyini söylədi.

Babacanı tənqid etdi
“Ərdoğana sadiq olduğunuzu göstərmənin yolu hökumətə qarşı bir hiylə qurulması nəzəriyyəsi olduğunu iddia etməkdən keçir” fikrini də qeyd edən Barkey hökumət -məhkəmə mübarizəsini “mini çevriliş cəhdi var” sözləri ilə şərh edən Baş nazir müavini Əli Babacanı tənqid etdi, Babacanın gerçəkdə inanmadığı bir iddianı “mini” ifadəsiylə bəzəyərək Baş nazirin qəzəbinə düçar olmaqdan çəkindiyi üçün ortaya atdığını qeyd etdi.
Source : Islamtimes
Comment