QR CodeQR Code

Misirdə yeni konstitusiya üzrə referendum başlayır

14 Jan 2014 10:25

IslamTimes - Yanvarın 14-15-də Misirin yeni konstitusiyası üzrə ümumxalq referendumu keçiriləcək.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Misirin şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilir.
“Müsəlman qardaşları” və sabiq prezident Məhəmməd Mursinin tərəfdarları referendumu boykot edirlər.
Misirin müvəqqəti prezidenti Adli Mansur, öz növbəsində, vətəndaşları səsvermədə fəal iştirak edərək yeni Konstitusiyaya səs verməyə çağırıb.
Xatırladaq ki, 2012-ci ilin dekabrında qəbul edilən konstitusiya Misir cəmiyyətində bir çox mübahisələrə səbəb olub və 2013-cü ilin iyulunda ölkənin sabiq prezidenti Məhəmməd Mursini devirən ordu tərəfindən ləğv edilib.


Story Code: 340875

News Link :
https://www.islamtimes.org/az/news/340875/misirdə-yeni-konstitusiya-üzrə-referendum-başlayır

Islam Times
  https://www.islamtimes.org