QR CodeQR Code

İmam Hüseynin (ə) hərəmində gündəlik Quran tilavəti

14 Aug 2010 14:24

İslamTimes – Kərbəla şəhərində imam Hüseynin (ə) müqəddəs ziyarətgahında ramazan ayı boyu hər gün bir cüz Quran oxunacaq.


Nun İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, mərasimlə bağlı ziyarətgah hamisinin müavini Əfzəl əl-Şami məlumat verib. Əfzaəl əl-Şami bildirib ki, nəzərdə tutulan gündəlik Quran məclisi tanınmış qarilərin və dini şəxsiyyətlərin iştirakı ilə keçirilir. Hər gün Qurani-kərimin bir cüzü oxunur. İmam Hüseynin (ə) ziyarətgahında Qurani-kərim tilavəti ilə yanaşı dua və ziyarətnamələr oxunur, vaizlər çıxış edir. /İQNA/


Story Code: 34107

News Link :
https://www.islamtimes.org/az/news/34107/imam-hüseynin-ə-hərəmində-gündəlik-quran-tilavəti

Islam Times
  https://www.islamtimes.org