QR CodeQR Code

ABŞ-da növbəti silahlı insident

15 Jan 2014 10:35

IslamTimes - ABŞ-ın Nyu Meksiko ştatında ötən gün məktəbdə baş vermiş atışma nəticəsində azı 2 şagird yaralanıb.


APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl insident nəticəsində 1 nəfərin yaralandığı bildirilirdi. Yaralı uşaqlar yerli xəstəxanaya yerləşdirilib. Huffington Post nəşrinin məlumatına görə, yaralanan şagirdlərdən birinin 14 yaşı var.
Məlumata görə, atəş açan şəxs artıq saxlanılıb. 
Məktəblilər avtobuslarla yaxınlıqdakı ticarət mərkəzinə təxliyə olunub.
İnsidentin təfərrüatları hələlik açıqlanmır. 


Story Code: 341216

News Link :
https://www.islamtimes.org/az/news/341216/abş-da-növbəti-silahlı-insident

Islam Times
  https://www.islamtimes.org