0
Wednesday 15 January 2014 - 10:54

6 bölgədə Əl-Qaidə əməliyyatı: Üst səviyyə səlahiyyətlilər üçün həbs qəti imkan tədbiri iddiası

Story Code : 341228
6 bölgədə Əl-Qaidə əməliyyatı:
Üst səviyyə səlahiyyətlilər üçün həbs qəti imkan tədbiri iddiası
6 bölgədə Əl-Qaidə əməliyyatı: Üst səviyyə səlahiyyətlilər üçün həbs qəti imkan tədbiri iddiası
6 bölgədə eyni vaxtda başlayan Əl-Qaidə əməliyyatında təşkilatın üst səviyyədəki adlarının nəzarətə alındığı irəli sürülür. Bundan başqa 3 üst səviyyə Əl-Qaidə üzvünün Suriyaya qaçdığı iddia edildi. Əməliyyat İstanbul, Van, Şanlıurfa, Hatay, Adana və Kayseridə həyata keçirildi.

Kilisdə İHH-ya polis basqını
“Gerçek gündem”də verilən xəbərə görə, əməliyyat zamanı Əl-Qaidənin Yaxın Şərq qurumunun 2 nömrəli adı hesab edilən İbrahim Şen ilə Türkiyə üzrə məsullarından Xalis Bayancukun da nəzarətə alındığı öyrənildi. Həbs olunanların sayının 20-ə çatdığı ifadə edildi.

“İncanews” redaktoru da həbs edildi
Əməliyyatın Kilisdə İHH-ya (İnsan Haqq və Azadlıqları İnsani Yardım Təşkilatı) qarşı keçirilən basqınla da əlaqədar olduğu irəli sürülərkən, Əl- Qaidəyə yaxınlığı ilə bilinən xəbər saytı “İncanews”un redaktoru və “Haksöz” -Xəbər yazarı Abdulkadir Şen haqqında da həbs qəti imkan tədbiri həyata keçirildi.
Digər tərəfdən Kayseridə İHH-dan Rəcəb Çamlalı və Ömər Faruk Aktepecinin evinə hücum edildiyi, Çamlalının nəzarətə alındığı, ancaq Aktepeci ümrə ziyarətində olduğundan evində olmadığı məlum oldu.

Əməliyyatda yüzlərlə polis və jandarma iştirak etdi
Əməliyyata bağlı “Hürriyet”də dərc olunan xəbərdə qarşıdurma riskinə qarşı fövqəladə tədbirlər alındığı, yüzlərlə polis və jandarmanın əməliyyata cəlb olunduğu bildirildi. Qaçma və qarşıdurma riskinə qarşı Skorsky tipli vertolyotlar uçuşa hazır şəkildə gözlədildi. Keçirilən əməliyyatda Əl-Qaidənin Yaxın Şərqdə 2 nömrəli adı olduğu irəli sürülən İbrahim Şen və Əl-Qaidə Türkiyə qurumunun məsullarından Halis Bayancukun da nəzarətə alındığı qeyd edildi. İbrahim Şenin Suriyada sərhədə yaxın Əl-Qaidə düşərgələrindən məsul olduğu bildirilir. Əməliyyatda nəzarətə götürülənlər Əl-Qaidənin düşərgələrindən Ceyşül-Mehdi düşərgəsinə terrorçu göndərməklə günahlandırılır.

Son məlumatlara əsasən, İstanbulda da Əl-Qaidə əməliyyatı çərçivəsində 3 nəfərin həbs olunduğu bildirilir.
Əməliyyatda həbs olunanlara qarşı ittihamlar arasında Suriyaya 15 nəfərlik qruplar halında döyüşçü göndərmək; Əfqanıstan, Pakistan kimi ölkələrdən gələn Əl-Qaidəçilərin Suriyaya keçişini təmin etmək; zəkat, yardım, dəri kimi maddələrlə ticarətçilərdən pul yığaraq bu pulu Suriyada döyüşən Əl-Qaidə terrorçularına göndərmək; Suriya, Pakistan və Əfqanıstan kimi ölkələrə silahlı insidentlərdə istifadə edilmək üçün işçi, pul, qida, yemək, silah və s. təmini və ötürülməsi; Suriyadakı Əl-Qaidə əlaqəli düşərgələrə gedərək pul, silah, geyim və qida vəsaitlərinə olan ehtiyacı tamamlamaq; qeyri-qanuni tədbirlər təşkil etmək; Əl-Qaidəyə yeni üzvlər təmin etmək; təşkilatlar yoluyla Əl-Qaidəyə maddi dəstək olmaq kimi ittihamlar yer alır.

İslam -Der, KİSEM-Der (Qlobal Humanitar Yardım və Siyasi Təhsil Mərkəzi Təşkilatı) üzvü bəzi şəxslərdən başqa İHH-nın Kilis və Kayseridən olan bəzi üzvlərinin də həbs olunduğu bildirilir.
Source : Islamtimes
Comment