QR CodeQR Code

Masallı dindarları CÇM-lərə bölünüb

Cenubnews.com , 17 Jan 2014 12:56

İslamtimes - Masallı rayonunda həbs edilən dindarlar cəzaçəkmə müəssisələrinə bölünüb


Cenubnews.com İnternet Qəzetinin məlumatına görə, yanvar ayının 14-də 3 saylı İstintaq Təcridxanasında məhkumların bölgüsü olub. Masallı rayonunda həbs olunan 7 dindar da həmən günü müxtəlif cəzaçəkmə müəssisələrinə bölünüb.

Baş redaktor Araz Quliyev 14 saylı CÇM - ümumi rejimli
Qaradağ rayonu, Qızıldaş kəndi

Xalid Kazımov 6 saylı CÇM - ümumi rejimli
Nizami rayonu, Böyük Şor kəndi

Ziya Tahirov 5 saylı CÇM - ümumi rejimli
Salyan rayonu, Xələc qəsəbəsi

Rza Ağalı 14 saylı CÇM - ümumi rejimli
Qaradağ rayonu, Qızıldaş kəndi

Surac Ağayev 5 saylı CÇM - ümumi rejimli
Salyan rayonu, Xələc qəsəbəsi

Namiq Kişiyev 5 saylı CÇM - ümumi rejimli
Salyan rayonu, Xələc qəsəbəsi

Nicat Əliyev 16 saylı CÇM - ümumi rejimli
Suraxanı rayonu, Ramana qəsəbəsi

Qeyd edək ki, Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda həbs olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsi saxta ittihamlarla mühakimə edilən jurnalist Araz Quliyevə, Xalid Kazımova 8 il, Ziya Tahirov və Rza Ağalıya 7, Surac Ağayevə 5, Nicat Əliyev və Namiq Kişiyevə 4 il 6 ay həbs cəzası verib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib. Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşlarına xəsarət yetirmək, Azərbaycan bayrağını təhqir etmək, qanunsuz olaraq narkotik və silah saxlamaq ittihamı mühakimə ediliblər.


Story Code: 341953

News Link :
https://www.islamtimes.org/az/news/341953/masallı-dindarları-cçm-lərə-bölünüb

Islam Times
  https://www.islamtimes.org