0
Sunday 15 August 2010 - 08:46

Türkiyə haqqında hesabat

Story Code : 34197
Türkiyə haqqında hesabat
Türkiyə haqqında hesabat
ANS xəbər verir ki, hesabatda həm Türkiyədəki son hadisələr, həm də bu ölkədəki Amerika səfirliyi və konsulluğu ilə bağlı əhəmiyyətli qiymətləndirmələr yer alıb. Sənəd bu ilin yanvar, fevral, mart aylarında Vaşinqton, Ankara, İstanbul, İzmir və Adanada aparılan müşahidələrdən sonra hazırlanıb. Baş Nəzarət Bürosunun internet saytına qoyulan sənəddə bəzi səhifələrin çıxarılması diqqəti çəkib. Xatırladaq ki, belə bir hesabat son dəfə 2004-cü ildə hazırlanıb.Sənədin önəmli bölümündən birində yazılıb ki, həm Türkiyənin yerləşdiyi bölgədə, həm də ölkənin daxilində bir fəallıq var. Bu məqamda Ankaradakı ABŞ səfirliyi və digər təmsilçi qurumlar ölkə maraqlarına uyğun fəaliyyət göstərə biliblər. Ən maraqlı məqam isə sənəddə İstanbulun dünyada ən çox kürdün məskunlaşıdğı şəhər kimi xarakterizə edilməsidir. Göstərilir ki, kəndlərdən İstanbula böyük kürd köçü olub və şəhərdə bu millətin sayı artmaqla bərabər, bu artım siyasi palitraya da təsirini göstərib. Hesabatda Türkiyədəki siyasi proseslərə və çəkişmələrə də yer ayrılıb. Göstərilib ki, bu gün Türkiyənin daxilində demokratiyaya qarşı islami birliklərin açıq hücumu var. Amma Türkiyə islami özəllikləri saxlamaqla bərabər Qərbə inteqrasiyada da qərarlı görünür. Belə bir məqamda səfirlik öz işini daha məsuliyyətli qurmalıdır. Türkiyənin ABŞ-ı bəzən razı, bəzən isə narazı saldığı qeyd olunan hesabatda bəzi səhifələrin çıxarılması isə müəmmalı olaraq qalır. /HaqqYolu/
Comment