0
Saturday 18 January 2014 - 15:07

Analitik: İran və Rusiyanın Suriya haqqında mövqeyi eynidir

Story Code : 342393
Analitik: İran və Rusiyanın Suriya haqqında mövqeyi eynidir
Analitik: İran və Rusiyanın Suriya haqqında mövqeyi eynidir
Press TV-yə müsahibə verən siyasi şərhçi deyib ki, İran və Rusiya Suriyada mövcud olan münaqişəyə siyasi həll yolu tapmaqda eyni mövqeyi bölüşürlər.

Siyasi analitik Dimitri Babiç deyib: “Hər iki tərəfin Suriya münaqişəsi haqqında mövqeyi həqiqətdə təmamilə eynidir.”

O İranın keçirilməsi nəzərdə tutulan sülh konfransında iştirakının vacibliyini vurğulamış və demişdir: “Rusiya münaqişənin ilk günündən etibarən siyasi həll yolunu təkid edirdi. İranı da mövqeyi bu cür idi.”

Babiç Rusiya xarici işlər naziri Serqey Lavrovun Cenevrə 2 konfransı haqqında açıqlamasına toxunmuş və demişdir ki, əgər Səudiyyə Ərəbistanı konfransda iştirak edirsə, bu zaman İranın da iştirakı qaçılmazdır.

O deyib ki, 22 yanvar tarixində Cenevrə şəhəri yaxınlığında keçirilməsi nəzərdə tutulan konfransda İranın iştirak etməsi haqqında Rusiyanın mövqeyi ABŞ-ın mövqeyi ilə fərqlidir.

Analitik deyib: “Rusiya heç vaxt İranı beynəlxalq danışıqlarda işitrakına icazə verilməyən bir dövlət kimi qəbul etməyib. Bu Amerikanın mövqeyidir. Bu Səudiyyə Ərəbistanın mövqeyidir. Ancaq əlbəttə ki, Rusiyanın İran haqqında tamam fərqli mövqeyi var.”

Babiç əlavə edərək deyib ki, Moskva İranın danışıqlarda iştirak etməsi üçün qoyulan bütün şərtləri rədd edib.
17 Yanvar tarixində Lavrov və Suriya xarici işlər naziri Vəlid əl Muəllim İranın üç ilə yaxın bir müddət ərzində Suriyada baş verən münaqişəyə son qoymaq üçün təyin edilən Cenevrə konfransında iştirak etməsinə çağırış ediblər.

BMT tərəfindən dərc edilən rəqəmlərə əsasən Suriyada mövcud olan münaqişə zamanı 100 mindən çox insan həlak olub.
Source : Islamtimes
Comment