0
Saturday 18 January 2014 - 15:25

Ruhani: Terrorizmi dəstəkləməklə hökuməti devirmək olmaz

Story Code : 342397
Ruhani: Terrorizmi dəstəkləməklə hökuməti devirmək olmaz
Ruhani: Terrorizmi dəstəkləməklə hökuməti devirmək olmaz
İran prezidenti Ruhani cümə günü Tehranda 27-ci Beynəlxalq İsalm Vəhdəti Konfransında çıxışı zamanı deyib: “Əgər bir hökumət fikirləşirsə ki, terrorizmi dəstəkləməklə regionda olan digər bir hökuməti devirmək və yaxud onu təsir altında saxlamaq mümkündür, bu zaman bu fikir təmamilə yalnışdır.”

Ruhani deyib ki, İslam və müsəlmanların düşməni həmişə iki şeytani hədəf ardınca olublar: müsəlmanlar arasında münaqişə yaratmaq və qızışdırmaq.

İran prezidenti vurğulayaraq bildirib: “Regionda öz maraqları arxasınca olan hegamon və qərb dövlətləri çalışır ki, müsəlman dövlətlərində olan resursları ələ keçirsinlər, əsasən də qaz və neft sektorunu və həmçinin müsəlmanlar arasında münaqişə yaratmaqla və İslamafob fikirlər yaymaqla dünyada müsəlman haqqında mənfi fikirlər yaratmaq ardıncadırlar.”

Ruhani xəbərdarlıq edərək deyib ki, düşmənlər çalışır ki, regionda hərbi, siyasi və mədəni mövcudluqlarını təmin etsinlər və işğalçıların, zorakıların və sionistlərin regionumuza sahib olmalarını təmin etsinlər.

ABŞ-ın Suriyaya qarşı hərbi müdaxilə emtəsinin boşa çıxmasına toxunan Ruhani deyib ki, İslam düşmənləri regionda yeni müharibə təşkil etməklə İsrail rejiminin təhlükəsizliyini təmin etmək və onu regionda hegamon etmək istəyirlər.

İran hökuməti regionda yeni müharibəyə qarşı çıxan dövlətlər ilə sıx əməkdaşlıq etmiş və yeni münaqişənin qarşısını almışdılar.

İran prezidenti deyib: “Regional, qeyri regional və məxsusi dövlət ilə əməkdaşlıq etməklə İran böyük təhlükənin öhdəsindən gəlməyi bacardı. Əgər Rusiya və Suriya əməkdaşlıq etməsəydilər, bu zaman bu uğur əldə edilməzdir.”
Source : Islamtimes
Comment