0
Saturday 18 January 2014 - 17:48

ABŞ Bəhreyndə casus mərkəzi yaradır

Story Code : 342491
ABŞ Bəhreyndə casus mərkəzi yaradır
ABŞ Bəhreyndə casus mərkəzi yaradır
ABŞ ordu rəsmisi çərşənbə günü elan edərək bildirib ki, ABŞ Amerikanın 5-ci hərbi dəniz donannmasının yerləşdiyi Bəhreyndə ABŞ müdafiə nazirliyinin Əfqanıstanda 2014-cü ildən sonrakı strategiyasını idarə edəcək daxili hissə olan casus mərkəzi yaradır.

Bəhreyn rejiminin insan hüquqlarını kobud şəkildə pozamsının və demokratik tələblər ilə çıxış edən insanlara qarşı işgəncə tətbiq etməsi və hətta qətlə yetirməsinə baxmayaraq ABŞ bu ölkə ilə hərbi əlaqələri genişləndirir.

Pentaqonun narkotik maddələr ilə mübarizə idarəsinin rəsmisi Erin Loqan ABŞ senatının narkotik haqqında dinləmələri zamanı iddia edərək bildirib ki, Vaşinqtonun bu addımı Əfqanıstanda narkot maddələrin alveri ilə mübarizədə effektli yoldur.

O əlavə edərək deyib ki, mərkəz həmçinin Əfqanıstanda çatışmayan ordu qüvvələrinin yerini dolduracaq.
Bu arada amerikalı millət vəkilləri və Əfqanıstanda bərpa işləri üzrə inspektorlar dinləmələr zamanı deyib ki, Vaşinqtonun Əfqanıstana milyardlarla dollar pul xərcləməsinə baxmayaraq ölkə hələ də təhlükə ilə üz-üzədir.

Məlumata əsasən Əfqanıstanda bərpa işləri üzrə xüsusi nümayəndə Con Sopko deyib ki, ölkəyə bu yaxınlarda etdiyi səfər zamanı Əfqan və ABŞ rəsmiləri ona məlumat verərək bildiriblər ki, 2014-cü ildə ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Əfqanıstanın əsas problemlərindən biri də narkotik maddə alveri ilə mübarizə sahəsində olacaq.

Bu arada ABŞ administrasiyasının narkotik maddə ilə mübarizə şöbəsinin Kabuldakı missiyasına sayı ilin sonunadək yüzdən 25 və 30 arasına endiriləcək.

Senator Dianne Feynşteyn Əfqanıstanın narkotik ticarət problemini həlli asan olmayan məsələ adlandımış və yeni həll yollarının tapılmasına səsləmişdir.
Source : Islamtimes
Comment