QR CodeQR Code

Avropa Birliyi bazar ertəsindən etibarən sanksiyaları aradan qaldıracaq

Islamtimes , 18 Jan 2014 22:24

İslamtimes - Avropa Birliyindəki mənbənin verdiyi məlumata əsasən Avropa Birliyi bazar ertəsi günü Tehranın dünyanın altı dövləti ilə imzaladığı nüvə razılaşmasının şərtlərinə əməl etməyə başlamasından sonra İrana qarşı tətbiq edilmiş sanksiyaları qismən aradan qaldırmağa başlayacaq.


Avropa Birliyindəki mənbənin Frans Press Agentliyinə verdiyi məlumatda deyilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İranın nüvə razılşaması zamanı öhdəlik götürdüyü şərtlərə əməl etməsini təsdiq etdikdən sonra Avropa Birliyinin xarici işlər nazirləri sanksiyaların qaldırılması haqqında elan edəcəklər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məsələni səhər saatlarında təsdiq etməsi gözlənilir və Avropa Birliyinin də qərarı eyni gündə elan edilməsi gözlənilir.

12 Yanvar tarixində İran və altılıq dövlət 20 yanvar tarixindən etibarən Cenevrə nüvə razılaşmasının şərtlərini həyata keçirmək haqqında son qərara gəliblər. Bu razılaşmadan məqsəd on illərdən bəri Qərbin Tehran ilə nüvə enerji proqramı üzərində mövcud olan anlaşılmazlığı aradan qaldırmaqdır.

Nüvə razılaşmasına əsasən Avropa Birliyi İran xam neftinin daşınması və sığortasına tətbiq edilmiş sanksiyaları aradan qaldıracaq.

Avropa Birliyi həmçinin qızıl, qiymətli metal və neft kimya məhsullarına tətbiq edilmiş sanksiyaları və yerdə qalan sanksiyalara aidiyyatı olmayan pul köçürmələrinə tətbiq edilmiş embarqoları da aradan qaldıracaq.

İslam Respublikasının altı ay ərzində nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Qərb İrana qarşı tətbiq edilmiş sanksiyaları yüngülləşdirəcək. Həmçinin qərara gəlinib ki, bu zaman çərçivəsi müddətində İrana qarşı heç bir sanksiya tətbiq edilməsin.

Bazar ertəsi günündən etibarən əgər hər şey plan üzrə gedərsə, Avropa Birliyi İran xam neftinin Tehranın əsas alıcı müştəriləri olan Çin, Hindistan, Yaponiya, Koreya, Türkiyə və Tayvana daşınmasına və sığortalanmasına zəmin olacaq.


Story Code: 342596

News Link :
https://www.islamtimes.org/az/news/342596/avropa-birliyi-bazar-ertəsindən-etibarən-sanksiyaları-aradan-qaldıracaq

Islam Times
  https://www.islamtimes.org