0
Saturday 18 January 2014 - 22:56

ABŞ millət vəkilləri Amerika Arşadırmalar Mərkəzinin İsraili baykot etmək planını tənqid edib

Story Code : 342604
ABŞ millət vəkilləri Amerika Arşadırmalar Mərkəzinin İsraili baykot etmək planını tənqid edib
ABŞ millət vəkilləri Amerika Arşadırmalar Mərkəzinin İsraili baykot etmək planını tənqid edib
134 Palata üzvü tərəfindən imzalanan məktubda təşkilatın Tel Əvivin fələstinlilərə qarşı zorakı davranış səbəbindən İsrail akademik inistitutlarını baykot etməsi mənfi hal kimi dəyərləndirilib.

Millət vəkilləri Amerika Araşdırmalar Mərkəzinin yeni seçilmiş rəhbəri Lisa Duggana yazdıqları məktubda deyiblər: “Biz Amerika Araşdırmalar Mərkəzinin İsrail universitet və akademik inistitutlarının baykot etməsi qərarına kəskin müxalifik.”

Daha sonra deyilir: “Bütün demokratik dövlətlər kimi İsrail də mükəmməl deyil. Ancaq despotic və repressive dövlətlər ilə əlaqələri saxlayıb tək İsrail ilə əlaqələri baykot etmək heç də ədalətli və düzgün qərar deyil.”

Vaşinqton Free qəzetinin əldə etdiyi məktubun bir nüsxəsində deyilir ki, bu ədalətsiz ikili standart artıq 100-dən çox universitet rəhbəri tərəfindən rədd edilmiş və hətta bəzi universitetlər etiraz əlaməti olaraq təşkilatı tərk etmişdilər.

Senator Peter Roskam tərəfindən hazırlanan bu məktuba 69 demokrat və 65 respublikaçı imza atmışdılar.

Baykot qərarı İsrailin Fələstinə qarşı tətbiq etdiyi zorakı və işğal siyasətə qarşı etiraz əlaməti olaraq təşkil edilmiş beynəlxalq baykot kompaniyasının tərkib hissəsidir.

Amerika Araşdırmalar Mərkəzi ABŞ tarixini və mədəniyyətini araşdıran və 4000 alimdən ibarət olan bir təşkilatdır.
Source : Islamtimes
Comment