QR CodeQR Code

ABŞ millət vəkilləri Amerika Arşadırmalar Mərkəzinin İsraili baykot etmək planını tənqid edib

Islamtimes , 18 Jan 2014 22:56

İslamtimes -Amerikalı millət vəkilləri Amerika Araşdırmalar Mərkəzini insan hüquqlarını pozması səbəbindən İsraili baykot etmək haqqında qərarını kəskin tənqid ediblər.


134 Palata üzvü tərəfindən imzalanan məktubda təşkilatın Tel Əvivin fələstinlilərə qarşı zorakı davranış səbəbindən İsrail akademik inistitutlarını baykot etməsi mənfi hal kimi dəyərləndirilib.

Millət vəkilləri Amerika Araşdırmalar Mərkəzinin yeni seçilmiş rəhbəri Lisa Duggana yazdıqları məktubda deyiblər: “Biz Amerika Araşdırmalar Mərkəzinin İsrail universitet və akademik inistitutlarının baykot etməsi qərarına kəskin müxalifik.”

Daha sonra deyilir: “Bütün demokratik dövlətlər kimi İsrail də mükəmməl deyil. Ancaq despotic və repressive dövlətlər ilə əlaqələri saxlayıb tək İsrail ilə əlaqələri baykot etmək heç də ədalətli və düzgün qərar deyil.”

Vaşinqton Free qəzetinin əldə etdiyi məktubun bir nüsxəsində deyilir ki, bu ədalətsiz ikili standart artıq 100-dən çox universitet rəhbəri tərəfindən rədd edilmiş və hətta bəzi universitetlər etiraz əlaməti olaraq təşkilatı tərk etmişdilər.

Senator Peter Roskam tərəfindən hazırlanan bu məktuba 69 demokrat və 65 respublikaçı imza atmışdılar.

Baykot qərarı İsrailin Fələstinə qarşı tətbiq etdiyi zorakı və işğal siyasətə qarşı etiraz əlaməti olaraq təşkil edilmiş beynəlxalq baykot kompaniyasının tərkib hissəsidir.

Amerika Araşdırmalar Mərkəzi ABŞ tarixini və mədəniyyətini araşdıran və 4000 alimdən ibarət olan bir təşkilatdır.


Story Code: 342604

News Link :
https://www.islamtimes.org/az/news/342604/abş-millət-vəkilləri-amerika-arşadırmalar-mərkəzinin-israili-baykot-etmək-planını-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org