0
Saturday 18 January 2014 - 23:16

Mahmud Abbas İsrail rejimini tənqid edib

Story Code : 342618
Mahmud Abbas İsrail rejimini tənqid edib
Mahmud Abbas İsrail rejimini tənqid edib
Cümə günü Mərakeşdə əl Qüds Komitəsinin iclasında iştirak edən Abbas deyib ki, ABŞ-ın vasitəçiliyi ilə başladılan danışıqlar İsrailin işğal edilmiş Fələstin ərazilərində qeyri qanuni məskunlaşma siyasətini həyat keçirməsi üçün vasitəyə çevirməməlidir.

O deyib ki, Tel Əviv işğal edilmiş Fələstin əraziləri olan Qərb Sahili və əl Qüdsdə daha çox məskunlaşma əraziləri inşa etməyi planlaşdırır.

Abbas deyib: “Stabillik olmadan və Yerusəlim Fələstin dövlətinin paytaxtı kimi tanınmadan Fələstin və İsrail arasında sülhün əldə edilməsi qeyri mümkündür.”

Abbas bu açıqlamanı İsrail rejiminin işğal edilmiş Qərb Sahilində daha 1800 yeni məskunlaşma əraziləri salmağı planlaşdırdığını bildirdikdən sonra etmişdir.

İsrail rejiminin Fələstin ərazilərində mövcud olması və məskunlaşma siyasətini genişləndirməsi Yaxın Şərqdə sülh və stabilliyi əldə etmək qarşısında əsas maneəyə çevrilmişdir.

1967-ci ildə İsrail işğal edilmiş ərazilər olan Qərb Sahili və Şərqi Qüdsdə qeyri qanuni olaraq saldığı 120-dən çox yaşayış məskənlərində yarım milyondan çox israilli məskunlaşıb.

BMT və bir çox dövlətlər İsrailin məskunlaşma siyasətini qeyri qanuni hesab edir, çünki bu ərazilər 1967-ci ildə İsrail tərəfindən işağl edilib və Cenevrə Konvensiyasına əsasən işğal edilmiş ərazilərdə inşaat işləri aparmaq qadağandır.
Source : Islamtimes
Comment