QR CodeQR Code

Pakistanda bomba partladılması nəticəsində 20 hərbçi həlak olub

19 Jan 2014 18:37

IslamTimes - Pakistanda partlayış törədilməsi nəticəsində 20 əsgər həlak olub, 30 nəfər yaralanıb .


APA-nın “Agence France-Presse”-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal qərbində yerləşən Bannu şəhərində baş verib. Hərbi maşın dəstəsinin yaxınlığında bomba partladılıb.
 
Təhlükəsizlik qüvvələri partlayışın kamikadze tərəfindən, yaxud məsafədən törədildiyinin hələlik məlum olmadığını bildiriblər.
 
Partlayış nəticəsində daha 30 nəfər yaralanıb.
 
Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb. Hərəkat rəsmiləri bu cür hücumların davam edəcəyini də açıqlayıblar.


Story Code: 342779

News Link :
https://www.islamtimes.org/az/news/342779/pakistanda-bomba-partladılması-nəticəsində-20-hərbçi-həlak-olub

Islam Times
  https://www.islamtimes.org