QR CodeQR Code

Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü

20 Jan 2014 05:30

IslamTimes - Terroristlər Suriyada öldürülən 14 yaşlı azərbaycanlının fotosunu yayıblar.


APA-nın əldə etdiyi məlumatda bildirilib ki, Suriyada gedən döyüşlərdə 14 yaşlı Nəcəf Kərimov bu il yanvarın 10-da Suriya dövlət qüvvələri tərəfindən öldürülüb.
Terroristlər məlumatlarında N. Kərimovun "Allah yolunda şəhid olduğunu" yazıblar.
Məlumatda həmçinin N. Kərimovun atası Namiq Kərimovun da hazırda Suriyada döyüşlərdə iştirak etdiyi bildirilib.
Terroristlər N. Kərimovun fotosunu da paylaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlunun Suriyadakı döyüşlərdə həlak olması barədə ilk xəbəri onun xalası nəvəsi Günel Babayeva yayıb. Onun sözlərinə görə, Namiq Kərimov 2013-cü ilin yay aylarında Suriyaya gedib. O, həyat yoldaşını və övladları 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özü ilə aparıb.


Story Code: 342882

News Link :
https://www.islamtimes.org/az/news/342882/suriyada-14-yaşlı-azərbaycanlı-öldürüldü

Islam Times
  https://www.islamtimes.org