QR CodeQR Code

Qara transplantasiya məsələsi araşdırılır

15 Aug 2010 15:35

IslamTimes – Aparılan ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib.


Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, son günlər bəzi KİV-lərdə Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sını həyata keçirən tibb müəssisələri, həmin bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları da daxil olmaqla uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarının pulla ələ alınaraq Azərbaycan və Ekvadora aparılmaqla transplantasiya etmək üçün onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçirilməsi barədə həqiqətə uyğun olmayan informasiyalar dərc olunub.
Açıqlamada qeyd olunur ki, Baş Prokurorluq göstərilənlərlə əlaqədar bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən tibbi klinikalarda insan orqanlarının qanunsuz transplantasiyası (köçürülməsi), həmçinin əməliyyatlar zamanı insanlar arasında ölüm hallarının qeydə alınması barədə yayılan informasiyalara aydınlıq gətirilməsi üçün Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılıb, eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilib.
“Aparılan ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib. Lakin bu kimi halların aşkar edilməsi istiqamətində DİN-lə qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir və belə hallar aşkarlanarsa qanuna müvafiq tədbirlərin görülməsi təmin olunmaqla bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda bildirilir. /HaqqYolu/


Story Code: 34297

News Link :
https://www.islamtimes.org/az/news/34297/qara-transplantasiya-məsələsi-araşdırılır

Islam Times
  https://www.islamtimes.org