0
Monday 20 January 2014 - 18:55

Suriyada daha iki azərbaycanlı terrorist öldürülüb

Story Code : 343104
Suriyada daha iki azərbaycanlı terrorist öldürülüb
APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli terrorist dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.
“Seyfullah ləzgi” ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur.
Terroristlərin yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Terroristlər onun fotosunu da yayıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terroristlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Comment