0
Sunday 19 January 2014 - 20:21

İslam Rəhbəri müsəlmanları bölücü hərəkətlərə qarşı müqavimət göstərməyə səsləyib

Story Code : 343186
İslam Rəhbəri müsəlmanları bölücü hərəkətlərə qarşı müqavimət göstərməyə səsləyib
İslam Rəhbəri müsəlmanları bölücü hərəkətlərə qarşı müqavimət göstərməyə səsləyib
Tehranda keçirilən 27-ci beynəlxalq İslami Vəhdət konfransı çərçivəsində iranlı rəsmilər və xarici iştirakçılar ilə görüşən İslam Rəhbəri vəhdəti bugünkü müsəlman dünyasının ən mühüm məsələlərindən bir kimi təsvir edib.

Ayətullah Xamenei deyib: “Müsəlman cəmiyyətində vəhdətin yaradılmasında siyasi, elmi və dini elitanın üzərinə çox böyük məsuliyyət düşür.”

İslam Rəhbəri deyib ki, zalımlar müsəlman ölkələrində baş verən İslami Oyanış Hərəkatlarına Şiə və Sünni arasında münaqişə yaratmaq və müsəlman ümməti daxilində ixtilaflar salmaqla cavab verdilər.

Ayətullah Xamenei deyib ki, Livandakı 33 günlük müharibə və Qəzzada 22 və 8 günlük müharibələr göstərdi ki, xarici düşmənlərin maraqlarına xidmət edən müsəlman dövlətlərindən başqa müsəlman millətləri ayıq-sayıqlıq ilə Fələstinin mövcudluğunu qoruyub saxladılar və sionist İsrail rejiminin və onun müttəfiqlərinin üzünü sillə vurdular.

İslam Rəhbəri təkfirçi cərəyanı Müsəlman dünyasına qarşı olan əsas təhlükə kimi dəyərləndirmiş və İslam ölkələrinəm ayıq sayıq olmağı məsləhət görmüşdür.

“Təəssüflər olsun ki, məxsusi müsəlman dövlətləri bu təkfirçi cərəyanı dəstəkləməyin acı nəticələrini göz ardına vururlar və dərk etmirlər ki, bir gün yandırdıqları bu alov onları da yandıracaq.”
Source : Islamtimes
Comment