QR CodeQR Code

RUSIYA ILƏ NATO ARASINDA GƏRGINLIK YÜKSƏLIR

Gürcüstan höküməti isə NATOnun bu ölkədə hərbi təlimlərin keçirilməsinə israrlıdır.

22 Apr 2009 10:18

Jurnalistlərə ölkəsinin “silahlı qüvvələrin ehtiyat komponenti konsepsiyası” üzərində işləməsini açıqlayan Gürcüstanın Müdafiə Naziri NATOnun bu ölkə ərazisində planlaşdırdığı hərbi təlimin keçirilməsi barədə qərarın dəyişməyəcəyi haqda bəyanat verib.


Aprelin 21 "Trend AİA"-nın yaydığı xəbərə əsasən "Bu təlimlər bir il əvvəl nəzərdə tutulmuşdu və onun keçirilməsini hamı bilirdi, buna görə də Rusiyanın iddiaları başa düşülən deyil", - deyən Gürcüstan rəsmisi David Sixarulidze, təlim zamanı hansısa ciddi təxribat və təhlükəni istisna edirmişdir.
Nazir, təlimlərin Gürcüstan ordusunun NATO standartlarına uyğunlaşdırılmasına xidmət etdiyi bildirmişdir.
Qeyd edək ki, sözü gedən təlimlərin Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirilməsi bu ölkə ilə alyans arasında gərginliyin yaranmasına səbəb olmuşdur. Rusiya höküməti etiraz əlaməti olaraq planlaşdırılan Rusiya və NATOnun ikitərəfli görüşündə iştirak etməyəcəyini bildirib. (İslamTimes)


Story Code: 3432

News Link :
https://www.islamtimes.org/az/news/3432/rusiya-ilə-nato-arasinda-gərginlik-yüksəlir

Islam Times
  https://www.islamtimes.org