QR CodeQR Code

Siyasi Analitik: Suriyalı üsyançılar Britaniya və Fransanı təhdid edirlər

Islamtimes , 20 Jan 2014 22:56

İslamtimes - Siyasi analitik deyib ki, Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən Britaniya və Fransadan olan xarici döyüşçülər vətənlərinə geri qayıdarkən Britaniya və Fransanın maraqlarına böyük təhlükə yaradacaqlar.


Press TV-yə müsahibə verən Kris Bambery deyib: “Onlar geri qayıtdıqdan sonra Britaniya və Fransa dövlətlərinə qarşı terror fəaliyyətlərində istifadə oluna bilərlər.”

O əlavə edərək deyib ki, bu döyüşçülər çox ehtimal ki, Suriyada məşğul olduqları cinayətləri qayıtdıqdan sonra öz vətənlərində də davam etdirəcəklər.
Bamberi deyib: “Biz artıq Londonda məzhəbi zorakılığın bir nümunəsini müşahidə etmişik və mən fikirləşirəm ki, bu məsələ haqqında həyacan durmadan artır.”

Məlumat və faktlara əsasən Suriyada 1900-dən artıq xarici döyüşçü vuruşur.
Bamberi deyib ki, bu xarici döyüşçülərdən təxminən 300 nəfəri Britaniya vətəndaşıdır.

O əlavə edərək deyib: “Fransadan olan ekstremistlərin sayı isə Britaniyadan olanların sayından daha çoxdur və bu təxminən 400 nəfərdir və bu insanların geri qayıtdıqdan sonra nə edəcəkləri haqqında çox dərin narahatçılıqlar mövcuddur.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetirmişdilər.

BMT-nin verdiyi məlumata əsasən Suriyada baş verən münaqişə nəticəsində 100 mindən çox insan həlak olmuş və miylonlarla insan isə öz evindən didərgin düşümüşdür.

Babmeri Böyük Britaniyada hadisələrin daha da pisləşdiyini demiş və əlavə edərək bildirmişdir ki, Suriyada döyüşən əl Qaidəyə bağlı qruplar narahatlıq artırmağa davam edirlər.


Story Code: 343219

News Link :
https://www.islamtimes.org/az/news/343219/siyasi-analitik-suriyalı-üsyançılar-britaniya-və-fransanı-təhdid-edirlər

Islam Times
  https://www.islamtimes.org