0
Tuesday 21 January 2014 - 12:10

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Story Code : 343334
İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu Suriyadakı son vəziyyəti müzakirə ediblər. Eyni zamanda tərəflər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə İrana həyata keçirəcəyi səfəri ilə bağlı da fikir mübadiləsi aparıblar. Hər iki nazir bu səfəri ikitərəfli əlaqələrin gücləndirilməsində təsirli adım kimi qiymətləndirib.
Ə.Davudoğlu İranın Cenevrə konfransında Suriya böhranının həllində konstruktiv rol oynayacağını deyərək, Türkiyə rəhbərliyinin bu mövzuda İranla yaxın əlaqələrini qoruyacağını vurğulayıb. Türkiyə xarici işlər naziri həmçinin Suriyada qarşıdurmaların dərhal dayandırılmasını və ölkənin müxtəlif bölgələrinə humanitar yardım çatdırılmasını istəyib. 
M.C.Zərif də Suriya böhranının tezliklə həllinə toxunaaraq, bu mövzuda Türkiyə ilə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.
Comment