0
Tuesday 21 January 2014 - 07:27

Lavrov: Suriya danışıqları İranın iştirakı olmadan nəticəsizdir

Story Code : 343656
Lavrov: Suriya danışıqları İranın iştirakı olmadan nəticəsizdir
Lavrov: Suriya danışıqları İranın iştirakı olmadan nəticəsizdir
Lavrov bazar ertəsi günü Norveçli tərəf müqabili Borge Brende ilə təşkil etdiyi mətbuat konfransında deyib: “Cenevrə konfransına dəvət edilən ölkələr arasında həmçinin Avstraliya, Meksika, Korea Respublikası, Cənubi Afrika, Yaponiya, Brazilya, Hindistan və digərləri var. Beləliklə əgər İran bu siyahıda yoxdursa, mən fikirləşirəm ki, sülh danışıqları riyakarcasına təşkil ediləcək.”

Rusiya xarici işlər naziri deyib: “Mən fikirləşirəm ki, vəziyyət qeyri sağlamdır. Başlanğıcdan etibarən biz qeyd edərək bildirmişik ki, heç bir istisna olmadan münaqişəyə təsiri olan bütün dövlətlər konfransa dəvət edilməlidirlər.”

O vurğulayaraq bildirib ki, İran dünyanın bu mühüm regionuna zərər vermədən stabilliyi bərpa etmək qabiliyyəti olan və Suriya münaqişəsinin həllində xüsusi marağı olan dövlətlərdən biridir.

Bazar günü BMT baş katibi Ban Ki-moon deyib ki, İran İslam Respublikası Suriya münaqişəsinin həllinə yönəlmiş Cenevrə 2 sülh konfransına dəvət edilib.
BMT rəhbəri deyib: “Dəfələrlə təkrarən bildirdiyimiz kimi, mən inanıram ki, İran Suriya münaqişəsinin həlli yolunun tərkib hissəsi olmalıdır.”

İran xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bazar ertəsi günü deyib ki, İran Cenevrə konfransında heç bir əvvəlcədən təyin edilmiş şərt olmadan iştirak etməyə hazırdır.

Əfxəm deyib: “Biz Cenevrə 2 sülh konfransında iştirak etmək üçün heç bir şərt qəbul etmirik və bizim aldığımız rəsmi dəvətə əsasən İran heç bir şərt olmadan konfransda iştirak edəcək.”

Cenevrə 2 konfransı 22 yanvar tarixində İsveçrənin Montreux şəhərində başlayacaq və bir gün aradan sonra 24 yanvar tarixində Cenvrədə yerləşən BMT baş qərargahında davam edəcək.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriyada Bəşər Əsəd hökumətində qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment