0
Monday 16 August 2010 - 15:58

Pakistanda 20 milyon insanın təcili yardıma ehtiyacı var

Story Code : 34431
Pakistanda 20 milyon insanın təcili yardıma ehtiyacı var
Pakistanda 20 milyon insanın təcili yardıma ehtiyacı var
Pakistana baş çəkən BMT-nin baş katibi Pan Qi Mun beynəlxalq ictimaiyyətə müraciət edərək daşqınlardan zərər çəkənlərə mümkün qədər tez yardım göstərilməsinin vacibliyini vurğulayıb. Ölkənin şimal-qərbində və cənubunda vəziyyətin daha ağır olduğunu bildirən baş katib gördüklərindən dəhşətə gəldiyini deyib:
“Ömrüm boyu çoxlu təbii fəlakətlərin və faciələrin şahidi olmuşam. Lakin Pakistanın daşqınların təsirinə məruz qalan bölgələri üzərindən uçarkən gördüklərim məni tamamilə dəhşətə gətirdi. Belə bir fəlakətlə heç vaxt rastlaşmamışam. On minlərlə insan evsiz qalıb. Onlar içməli su və qida çatışmazlığından əziyyət çəkir. Daşqınlar nəticəsində çoxları yaxınlarını itirib.
Pan Qi Mun müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Pakistana ayrılan maliyyə yardımının ölkəyə yalnız 3 aydan sonra çatacağını bildirib. Bununla əlaqədar olaraq o, Pakistana daha 10 milyon dollar həcmində humanitar yardım ayırmağa qərar verib. Bu arada Fransa prezidneti Nikola Sarkozi də Pakistana yardım etməyə hazır olduğunu bildirib. Xatırladaq ki, təbii fəlakət nəticəsində Pakistanda 1600 nəfər dünyasını dəyişib. 2 milyona yaxın insan evsiz qalıb. Hakimiyyət ölkədə yranan hümanitar böhranla təkbaşına mübarizə apara bilmir.Təbii fəlakətin ziyan vuruduğu bölgələrdə 6 milyona yaxın insan içməli su, qida və dərman çatışmazlığından əziyyət çəkir. Hazırda əsas diqqət yoluxucu xəstəliklərin qarşısının alınmasına yönəlib. Tezliklə kütləvi vaksinasya işlərinə başlanılacağı bildilir.
Comment