QR CodeQR Code

Misir paytaxtında daha bir partlayış baş verib

24 Jan 2014 14:18

IslamTimes - Misir paytaxtında baş vermiş ikinci partlayış nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.


APA – nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi xəbər yayıb.
Qahirədə daha bir partlayış baş verib. 
APA – nın “Al-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 7 nəfər yaralanıb. 
Partlayış Misir paytaxtının qərb hissəsində, “El-Beyhus” metro stansiyasında baş verib.
Xatırladaq ki, bu gün səhər saatlarında Qahirədə avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 4 nəfər ölüb, 50-dən çox adam yaralanıb.


Story Code: 344431

News Link :
https://www.islamtimes.org/az/news/344431/misir-paytaxtında-daha-bir-partlayış-baş-verib

Islam Times
  https://www.islamtimes.org