QR CodeQR Code

Ankara bypass edildi!

Islamtimes , 23 Jan 2014 16:56

İslamtimes - Ankara - Bağdad - Ərbil xəttində yaşanan neft böhranı Ankaranın uzaqlaşdırılmasıyla nəticələndi.


Mərkəzi İraq hökumətinə məhəl qoymayaraq Şimali İraq rəhbərliyiylə neft razılaşması edən AKP hökuməti yenə tək başına qaldı. İraq hökuməti büdcədən ayırdığı payı Şimali İraqa göndərməyincə Peşmerge üzünü Ankaradan Bağdada çevirdi.

Şimali İraq nümayəndəsi Neçirvan Bərzani əvvəlki gün İraq Baş naziri Nuru Əl-Maliki və Baş nazir müavini Hüseyin Şəhristani ilə görüşdü. Bu görüşdə Bağdad - Ərbil arasındakı böhran Ankaranın uzaqlaşdırılmasıyla həll edildi. Əldə edilən razılaşmaya görə, Türkiyəyə göndəriləcək neft üçün İraq mərkəzi hökuməti Ərbildəki rəhbərlik ilə birlikdə çalışacaq. Razılaşmanın mətni də ortaq hazırlanacaq. Ortaq mətn hazır olana qədər də Türkiyəyə neft göndərilməyəcək.


Story Code: 344523

News Link :
https://www.islamtimes.org/az/news/344523/ankara-bypass-edildi

Islam Times
  https://www.islamtimes.org