0
Friday 24 January 2014 - 17:11

İran–Rusiya əməkdaşlığı Yaxın Şərqi müharibə təhlükəsindən qurtardı

Story Code : 344530
İran–Rusiya əməkdaşlığı Yaxın Şərqi müharibə təhlükəsindən qurtardı
İran–Rusiya əməkdaşlığı Yaxın Şərqi müharibə təhlükəsindən qurtardı
İranın Rusiyadakı səfiri Mehdi Sənai Rusiya Dövlət Dumasının spiker müavini və Rusiya-İran parlamentlər arası Dostluq Qrupunun rəhbəri Nikolay Leviçev ilə görüşü zamanı deyib: “İran və Rusiyanın Qərbin regional məsələlərə müdaxiləsinə müxalif olmaları və onların bu məsələdə məsləhətləşmələri Suriya münaqişəsini nəzarət altına alınmasında və regionda yeni müharibələrin qarşısını almaqda iki dövlət arasında baş verən uğurlu əməkdaşlığa nümunəsidir.”

Görüş zamanı hər iki tərəf həmçinin iki tərəfli əlaqələri daha da inkişaf etdirmək üçün lazımi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Yanvar ayının əvvəllərində İran xarici işlər naziri Muhəmməd Cavad Zərif Moskvaya səfər etmiş Rusiyalı tərəf müqabili Serqey Lavrov və Rusiya prezidenti Vladimir Putin ilə görüşmüş və İran nüvə enerji proqramı və Suriya münaqişəsi də daxil olmaqla iki tərəfli əlaqələr, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparmışdılar.

Zərif Moskvanı Qərbin Tehran ilə nüvə enerji məsələsində mövcud olan mübahisəyə yardım etdiyi üçün alqışlamış və demişdir: “Bizim Cenevrədə nüvə danışıqlarında əldə etdiyimiz qələbə Rusiyanın uzunmüddətli səyi nəticəsində baş verdi.”

İran xarici işlər naziri həmçinin 2011-ci ilin mart ayından etibarən Suriyada mövcud olan qanlı münaqişəyə son qoymaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Putin isə öz növbəsində Tehran və Moskva arasında daha çox iqtisadi əməkdaşlığın vacibliyini vurğulamış və demişdir: “Bizim geniş şəkildə iki tərəfli əlaqələrimiz mövcuddur. Bu əsasən özünü ticarət və iqtisadiyyat sahəsində biruzə verir.”
Source : Islamtimes
Comment