0
Friday 24 January 2014 - 17:26

Əl Qaidə rəhbəri Zəvahiri terroristləri biri-biri ilə döyüşü dərhal dayandırmağa çağırıb

Story Code : 344542
Əl Qaidə rəhbəri Zəvahiri terroristləri biri-biri ilə döyüşü dərhal dayandırmağa çağırıb
Əl Qaidə rəhbəri Zəvahiri terroristləri biri-biri ilə döyüşü dərhal dayandırmağa çağırıb
Çərşənbə günü YouTube video protalına yerləşdirilən videoda Zəvahiri bütün cihadçı qrupları və Suriyada prezident Bəşər Əsədin devrilməsini istəyən hər bir “azad” insanı dərhal cihad və İslam qardaşları ilə döyüşməyə son qoymağa çağırıb.

Təxminən üç il ərzində Suriyada mövcud olan münaqişə zamanı Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılar ələ keçirilmiş qənimətlərin bölüşdürülməsi və əraziyə nəzarət səbəbindən biri biriləri ilə mütəmadi olaraq döyüşürdülər.

İlk əvvəllər ekstremistlər silahlı müxalifət tərəfindən müsbət qarşılanırdılar, ancaq sonradan ekstremistlərin dinc əhaliyə qarşı işgəncə və zorakılığı müxalif qüvvələr ilə ekstremistlər arasında kəskin toqquşmalara səbəb oldu.

Bəzi hallarda isə əl Qaidənin Suriyada rəsmən təsdiq edilmiş nüamyəndəsi olan əl Nusra Cəbhəsi İraq İslam Dövləti adlanan digər terror qrupu ilə döyüşlərə girmiş və hər iki terror qrupu xeyli itkilər vermişdir.

Çərşənbə günü yayılan audio mesajda Zəvahiri deyib ki, bu toqquşma sizin düşmənə qarşı birliyinizə zərər yetirdiyi üçün dərhal dayandırılmalıdır.

Əl Qaidə rəhbəri əlavə edərək deyib: “Cihadçı qruplar onları dönük çıxmaqda ittihamı rədd etdiyimiz qardaşlarımızdır.”
Source : Islamtimes
Comment