0
Friday 24 January 2014 - 19:13

Neçə siyasi məhbus var?

Story Code : 344598
Neçə siyasi məhbus var?
Neçə siyasi məhbus var?
Ötən gün Freedom House təşkilatı dünya üzrə insan haqları sahəsində vəziyyətlə bağlı növbəti hesabatını açıqlayıb və həmin hesabata görə Azərbaycanda vəziyyət xeyli pisləşdiyi məlum olur.

Ölkəmizdə insan haqlarının hər gün və gündə bir neçə dəfə kütləvi şəkildə pozulması halları heç kim üçün sirr deyil, bu barədə yerli mətbuat və QHT təmsilçiləri tez tez bəyanatlar verir, ancaq bunları hakimiyyət vecinə almır.

Beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyəti öz hesabatlarında daxil etdikdə isə Əliyev rejimi buna reaksiya verir, sözsüz ki, razılaşmır, hesabatı qərəzli sayır ancaq etinasız da qalmır.

Elə həmin gün Sülh və Demokratiya İnstitutu Azərbaycanda siyasi məhbusların siyahısını açıqlayıb. SDİ rəhbəri Leyla xanım Yunusun verdiyi açıqlamalara görə hazırda Azərbaycanda 134 siyasi məhbus var. Onu da qeyd edək ki, digər hüquqmüdafiəçilərindən fərqli olaraq Leyla xanım dindar məhbusların da adını tərtib etdiyi siyahıya salır və bu dəfə də hicab məhbusları siyahıya salınıb. Ancaq heç də bütün hicab məhbuslarının adını siyahıda yoxdur, bunun da əsas səbəbi adı siyahıda olmayan hicab məhbusları haqqında məhkəmə hökmünün olmaması ilə bağlı ola bilər. Çünki hazırda onlarla hicab məhbusu qanunsuz olaraq həbsdə saxlanılır, girov kimi. Başqa bir səbəb də hicab məhbuslarını vijdan məhbusu hesab edilməsindən irəli gələ bilər.
Source : Islamtimes
Comment