0
Tuesday 17 August 2010 - 07:29

Petreus: Əfqanıstandan çıxmağın şərti var!..

Story Code : 34480
Petreus: Əfqanıstandan çıxmağın şərti var!..
Petreus: Əfqanıstandan çıxmağın şərti var!..
İraqdakı Amerika qoşunlarının komandanı general Devid Petreus NBC şəbəkəsinə verdiyi müsahibədə koalisiya qoşunlarının ölkəni tərk etməsi üçün şərtlər olduğunu bildirib. Bu barədə Jamejamonline xəbər verir. Petreus 2011-ci ildə qoşunların Əfqanıstandan tələsik çıxarılmasını yanlış addım sayıb. General bir daha talibanla danışıqlara hazır olduğunu bildirib. Petreus hər gün ən azı bir dəfə prezident Kərzayi ilə əlaqə saxladığını və onun da eyni fikirdə olduğunu dilə gətirib. Amma general konkret açıqlamayıb ki, qoşunların Əfqanıstanı tərk etməsi üçün hansı şərtlər ödənməlidir. Petreus məxfi sənədlərin mətbuata çıxarılmasına da münasibət bildirib və bunu cinayət adlandırıb. General Əl-Qaidə başçısı Ben Ladenin harada olduğundan xəbərsizliyini etiraf edib.
Comment