0
Saturday 25 January 2014 - 22:40

Davudoğlu ilə Zərifi arasında Hizbullah mübahisəsi

Story Code : 345076
Davudoğlu ilə Zərifi arasında Hizbullah mübahisəsi
Davudoğlu ilə Zərifi arasında Hizbullah mübahisəsi
İran xarici işlər naziri Zərifi Suriyaya döyüşmək üçün heç kimsəni göndərmədiklərini, Hizbullahın isə özünün qərar verdiyi fikrini müdafiə etdi. Zərifi “Siz şiə türbələrini yox edəcək insanlar göndərib sonra şiələrin səssiz qalmasını gözləyə bilməzsiniz” deyə sözlərinə davam etdi.

Nazir isə Şamdakı Həzrəti Zeynəb Türbəsinin yalnız şiələrə deyil, bütün müsəlmanlara aid olduğunu vurğuladı. Davudoğlu “Əgər hər kəs Suriyaya öz məzhəbinin müqəddəslərini qorumağa gedərsə, bu qarışıqlıq sonsuza qədər davam edər. Bütün müqəddəs məkanlar hamımızın şərəfidir və onları birlikdə qorumalıyıq” şəklində danışdı.

Nazir Zərifi bu sözlərdən sonra Suriyadakı bir türbədən Əhli-Beytdən bir şəxsin cənazəsinin çıxarılaraq hörmətsizlik edildiyini ifadə etdi və “Əhməd, sən nələr olduğunu bilirsən. Bu şəkildə şərhlər etmək qulağa xoş gəlir. Hər türbənin qorunmasını istəyirəm, amma bunlar olduqdan sonra söz mövzusu olan hadisələr meydana gəldi” dedi.

Zərifidən Suriyanın qonşularına Əfqanıstan xatırlatması
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi Suriyadakı xarici döyüşçülərlə əlaqədar Əfqanıstandakı Taliban nümunəsini göstərdi. Zərifi “Talibanı ortaya çıxaranlar bunu sonunda qanlarıyla ödədi” dedi.

Cavad Zərifi Suriyaya gələn xarici döyüşçülər ölkələrinə döndüyündə bunun hər kəs üçün fəlakət olacağını qarşıya qoydu. Suriyada bu anda görülən ifratçılığın dayaz düşüncənin və xarici müdaxilənin bir məhsulu olduğunu iddia edən Zərifi bunları söylədi: “Bölgəmizdə öz döyüşləri üçün əvəz ödəmənin asan olduğunu düşünənlər var. Əfqanıstan təcrübəsini unudur kimi görünürlər. Talibanı ortaya çıxaranlar bunu sonunda qanlarıyla ödədi. Bölgəmizdə ortaya çıxarılmaqda olan və sürətləndirilmiş alovlar hər kəsi və xüsusilə də bunlara yaxınlıq və simpatiya bəsləyənləri içinə çəkəcəkdir. Cavad Zərifi terroristlərin bu istiqamətdə mesajlar verdiyini sözlərinə əlavə etdi.

Suriyada çox sayda insanın öldürüldüyünü xatırladılmasına cavab olaraq Zərifi “Əvvəl gündən Əsəd 2 ay içində gedəcək deyə umulmasaydı bu qədər insan ölməzdi. Böhranın başlangıcındakı bu illüziya səbəbiylə insanlar açıqlamalar verdilər, bu açıqlamaların içinə həbs oldular və indi çıxa bilmirlər. Bu da bölgəmizdə çox qan tökülməsinə yol açan qarışıqlığa səbəb oldu” ifadələrini istifadə etdi.

Davudoğlu: Bütün xarici güclər dərhal Suriyanı tərk etməlidir
Xarici işlər naziri Əhməd Davudoğlu isə radikal qruplara Türkiyə sərhədini istifadə etmə icazəsi vermələrindən söhbət gedə bilməyəcəyini vurğuladı. Suriyada heç bir Türk terrorçunun da olmadığını dilə gətirən Davudoğlu “Türkiyə demokratik və şəffaf bir ölkədir, onsuz da sərhəddən keçid olsa bu dərhal ortaya çıxar” dedi.
Bütün xarici döyüşçülərin Suriyanı dərhal tərk etməsi çağırışını edən Davudoğlu başqa ölkələrin də hərbçilər göndərməməsini və ölüm maşını halına gələn rejimə hərbi yardım edilməməsini istədi.
Source : Islamtimes
Comment