0
Saturday 25 January 2014 - 23:57

Livanda əl Qaidəyə bağlı qrup Hizbullahı təhdid edir

Story Code : 345090
Livanda əl Qaidəyə bağlı qrup Hizbullahı təhdid edir
Livanda əl Qaidəyə bağlı qrup Hizbullahı təhdid edir
Livandalı əl Nusra Cəbhəsi adlanan qrup cümə günü internetdə yaydığı bəyanatda deyib ki, qrup müqavimət hərəkatına qarşı hücumları davam etdirəcək.

Bəyanatda deyilir: “Hizbullahın baza və qərargahları harada olursa olsun bizim üçün qanuni hədəf obyektləridir.”

Terror qrupunun bu bəyanatı Beyrutun cənub hissəsində yerləşən Haret Hreik bölgəsində dörd nəfərin ölməsinə səbəb olan və bir neçə nəfərin də yaralnmasına səbəb olan partlayışa görə məsuliyyəti öz üzərinə götürdükdən üç gün sonra yaydı.
Son bir neçə ay ərzində Livan paytaxtı Beyrut ölümcül bombalı hücumların təsirinə məruz qalıb.

Noyabr ayında Livan paytaxtı Beyrutun cənubunda İran səfirliyinin yaxınlığında baş verən iki bombal partlayışı nəticəsində İranın Beyruta təyin edilmiş mədəniyyət attaşesi də daxil olmaqla ən azı 25 nəfər həlak olmuş və 150-dən çox insan isə yaralanmışdır.

Əl Qaidə terror şəbəkəsinə bağlı olan digər qrup Abdullah Əzzəm Briqadası bu bombalı hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdür.
Source : Islamtimes
Comment