QR CodeQR Code

Qərb Suriya böhranının həllindən qaçır

26 Jan 2014 09:14

IslamTimes - Bu günlərdə İsveçdə dünya üçün əhəmiyyətli iki toplantı keçirildi. “Cenevrə 2” adı altında Suriya böhranı ilə bağlı yığıncaq Montro şəhərində, Davos Beynəlxlaq iqtisadi forumu Davos şəhərində baş tutdu...


Bu günlərdə İsveçdə dünya üçün əhəmiyyətli iki toplantı keçirildi. “Cenevrə 2” adı altında Suriya böhranı ilə bağlı yığıncaq Montro şəhərində, Davos Beynəlxlaq iqtisadi forumu Davos şəhərində baş tutdu. Bu Avropa ölkəsindəki toplantılar dünyanın diqqət mərkəzində oldu. Maraqlıdır ki, “Cenevrə 2”, həm də Davos toplantısına nəzər saldıqda söz sahibinin eyni qüvvələr olduğunu görürük. “Cenevrə 2” toplantısının mövzusu Suriya böhranı, Davos forumunun mövzusu dünyadakı iqtisadi böhran idi. Heç bir toplantını Vaşinqton və müttəfiqləri üçün ümidverici saymaq olmaz. Son 3 gündə “Cenevrə 2” toplantısında Suriya böhranında maraqlı tərəflər bir araya gəldi. Toplantıda böhranın həll yolundan daha çox tərəflərin mövqeyi açıqlanırdı. Bir daha aydın oldu ki, Suriya böhranının həllinə baxışlar fərqlidir. Əsas ixtilaf böhranın həll yolu yox, onun mahiyyətinə münasibətdə idi. Şübhəsiz ki, “Cenevrə 2” toplantısının ən böyük uğursuzluğu Suriya böhranı ilə bağlı yekdil qərarın ortaya qoyulmaması oldu. Nə qədər ki, münasibətlər fərqlidir, böhranın həlli üçün yol tapılmayacaq. Suriya böhranının həlli dörd nöqtənin nəzərdə tutulmasından keçir. Əvvəla, Suriyada qanuni hökumət iş başındadır. Ən sərt müxalif də Suriya hökumətini qəsbkar saya bilməz. İkinci nöqtə budur ki, Suriya hökumətinin qanuni müxalifləri var. Bu müxaliflər qanuni yolla islahat tərəfdarıdırlar. Üçüncü nöqtə budur ki, Suriyada sabitliyi pozan Ərəbistan və super güclər tərəfindən maliyyələşdirilən sələfi və təkfirçi qruplaşmalarının bu ölkəyə axışmasıdır. Bu terrorçu qrupların əksər üzvləri Suriya vətəndaşı deyil. Dördüncü nöqtə budur ki, Suriyada nə baş verirsə ABŞ bu hadisədə İngiltərə-Fransa-Almaniya üçlüyünün mövyeyindən yanaşır. Əsas məqsəd sionist rejimi gücləndirmək, Müqavimət Hərəkatını zəiflətməkdir. ABŞ və müttəfiqlərinin kəşfiyyət orqanlarının regionla bağlı planları 2012-ci ilin ortalarına qədər həyata keçməli idi. Qeyd etdik ki, dörd əsas nöqtəyə əhəmiyyət vermədən Suriya böhranı həll olunası deyil. Mövcud problemin həlli üçün qarşıda dayanan maneələri də nəzərə almalıyıq. Suriyada böhran yaradanların bu ölkədə böhrana son qoyub sülhə nail olacağı inandırıcı deyil. Başqa sözlə, Vaşinqton və müttəfiqləri indi də böhranı gücləndirməkdədir.
BMT baş katibi Pan Gi Mun bir növ ABŞ və sionist rejimin mövqelərindən çıxış edir. İranın “Cenevrə 2” toplantısına dəvəti və bu dəvətin bir gün ərzində geri götürülməsi BMT-nin böhranın yaşamasında rol oynadığını göstərir.
Suriya böhranı ilə bağlı müzakirələrdə ara qarışdıran terrorçu qruplaşmalarla yanaşı qanuni dövlət və qanuni müxalifət var. Qanuni dövlət və qanuni müxalifət Suriyaya sabitliyin qayıtması tərəfdarıdır. Pan Gi Mun Suriya xalqına doğrudan da ürək yandırırsa BMT-nin imkanlarından istifadə edib terrorçuların Suriyadan çıxmasına çalışmalıdır. Hansı ki, BMT Suriyanı qarışdıran ABŞ, Britaniya, Fransa və Ərəbistanla bir yerdədir.
Dəfələrlə qeyd olunduğu kimi Suriya böhranı bu ölkə xaricində müzakirə olunmamalıdır. Nəticə bu olur ki, böhranı yaradanlardan onun həlli gözlənilir. “Cenevrə 2” toplantısında müzakirə tərəfləri Suriya və Yaxın Şərqdə problemi həll edəcək tərkibdə deyil. Bu səbəbdən də əksər şərhçilər müzakirələrin nəticəsiz başa çatacağını deyirdi.
Suriya problemini Suriya xalqı həll etməlidir. Suriya xalqını söz sahibi etmək üçün Qərb-ərəb birliyi, terrorçu qruplaşmalar bu ölkədən əl çəkməlidir. Böhran yaradanlar Suriyadan əl çəksə xalq qısa müddətdə sabitlik əldə edər. Sabitlik yaranandan sonra Suriyanın taleyini həll etmək asandır. Suriyada sabitlik bərqərar olandan sonra Suriya xalqı Bəşər Əsəd və ya başqa birini prezident seçməkdə azaddır. Əsas odur ki, seçkidə söz sahibi xalq olsun. Sual yaranır ki, “Cenevrə 2” müzakirələri Suriya xalqına bu imkanı verirdimi?
BMT baş katibi və Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya xalqının hüquqlarını və böhranın əsas səbəbkarlarını sanki görmür. Qadın və uşaqları qətlə yetirən, kamera qarşısında insan ürəyini dişinə çəkən terrorçular böyük himayədarlar olmadan Suriyada qala bilməzlər. Aydın olur ki, Suriyaya təcavüz böyük güclər tərəfindən həyata keçib. Nə üçün BMT bu təcavüzü himayə edənləri ittiham etmir?!
BMT Suriya hökumətinin legitimliyini və terrorçuların cinayətlərini inkar edə bilməz. ABŞ, Britaniya və Fransa milyardlarla dollar pul xərclədikdən sonra terrorçuların nəticəyə çata bilmədiyini gördü. Super güclər Suriya hökumətinin legitim olduğunu da dərk edir.
“Cenevrə 2” konfransını Suriya ilə bağlı iki saatlıq video konfrans da adlandırmaq olar. Konfransın son sözü həmişəki kimi böhrana qarşı çıxışlar oldu. Suriya və Rusiya da həmişəki mövqeyini nümayiş etdirdi. ABŞ və Fransanın bəyanatlarından aydın oldu ki, bu ölkələr böhranın həllində maraqlı deyil. BMT baş katibi Suriya xalqına yardım əli uzatmaq əvəzinə Qərbin bəyanatlarına dəstək verdi. Əgər Qərb bu mövqeyində davam etsə Suriyada savaş meydanında öz mövqeyinin acı nəticəsini tezliklə dadacaq.

Müəllif: Hənif Ğəffari


Story Code: 345164

News Link :
https://www.islamtimes.org/az/news/345164/qərb-suriya-böhranının-həllindən-qaçır

Islam Times
  https://www.islamtimes.org