QR CodeQR Code

Böyük və elastik “iPhone”

27 Jan 2014 09:47

IslamTimes - "Apple" şirkəti bu il iki ədəd əyilən şüşəli "iPhone" modeli istehsal etməyi planlaşdırır.


Yeni modelin əyilən plastik və ya "Google Nexus 4"də olduğu kimi kənarları cilalanmış şüşə olacağı məlum deyil.
Belə olsa, "Apple"  ilk dəfə telefon ölçülərinin radikal şəkildə böyütməsinə cürət edəcək. Deyilənə görə, şirkət 4,7 və 5,5 düym ölçülü modellər sınaqdan keçirir. Bu cür ekranlı modelləri fablet sinfinə aid etmək olar.
Xatırladaq ki, əvvəllər "Apple" tərəfindən belə modellərin buraxılışına şübhə ilə yanaşılırdı. Məlumat üçün bildirək ki, bu yaxınlarda şirkət sapfir şüşəsinin istehsalı üzrə zavoda 578 milyon dollar sərmayə qoyub. /ICTnews/


Story Code: 345349

News Link :
https://www.islamtimes.org/az/news/345349/böyük-və-elastik-iphone

Islam Times
  https://www.islamtimes.org