0
Monday 27 January 2014 - 14:51

ABŞ İranın 14 neft-kimya şirkətini sanksiyalardan azad edib

Story Code : 345469
ABŞ İranın 14 neft-kimya şirkətini sanksiyalardan azad edib
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sından çıxarılan bu şirkətlər Avropa Birliyinə üzv ölkələrə neft-kimya və polimer məhsullarının ixracına davam edəcəklər.
Bundan əlavə, “Cem” neft-kimya şirkətinin adı da sanksiyaların aradan qaldırılmasının ardından yanvarın 26-dan etibarən OFAC siyahısından silinib. Eyni zamanda yanvarın 26-da İran Milli Neft Şirkəti və tankerlərinə qarşı tətbiq edilmiş sanksiyalar ləğv edilib. Ancaq hələlik həmin şirkətlərin adları açıqlanmayıb.
“Radiofərda” isə xəbər verir ki, ABŞ maliyyə nazirinin müavini Devid Kohen Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Səfərdə məqsəd İrana qarşı tətbiq edilmiş sanksiyaların müvəqqəti ləğv olunması və ya azaldılmasıdır.
Qeyd edək ki, İrana qarşı tətbiq edilmiş sanksiyaların müvəqqəti ləğvi və ya azaldılması yanvarın 20-dən qüvvəyə minmiş Cenevrə razılaşmasına uyğun olaraq həyata keçirilir.
Comment