QR CodeQR Code

Sudan 5 BMT əməkdaşını ölkədən qovur

17 Aug 2010 14:11

İslamTimes – Sudan rəsmiləri 5 BMT əməkdaşını Qərbi Darfurdan qovmaq qərarına gəliblər.


Bu barədə BMT və Afrika İttifaqının Darfurdakı Qarışıq missiyasından məlumat veriblər.
«Sudan rəsmiləri BMT-nin Qaçqınların işi üzrə agentliyin rəhbərindən, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının bu əyalətdəki başçısından, həmçinin Zalingey şəhərində Qaçqınların işi üzrə agentliyin rəhbərindən Qərbi Darfuru tərk etməyi tələb ediblər», deyə missiyadan bildiriblər.
Bundan əlavə, Qırmızı Xaç komitəsinin Geneyna və Zalingey şəhərlərindəki nümayəndələrindən də Qərbi Darfuru tərk etmək tələb olunub.


Story Code: 34550

News Link :
https://www.islamtimes.org/az/news/34550/sudan-5-bmt-əməkdaşını-ölkədən-qovur

Islam Times
  https://www.islamtimes.org