QR CodeQR Code

Suriyada döyüşən azərbaycanlı muzdlulara Facebook-da dəstək kampaniyası aparılır

27 Jan 2014 17:44

IslamTimes - Azərbaycanlı vəhhabilərin Türkiyə ərazisindən Suriyaya keçidinin qarşısını almaq üçün artıq rəsmi Bakı hərəkətə keçib.


Suriyada döyüşən muzdlu azərbaycanlı döyüşçülərin varlığı kimsə üçün sirr deyil. Müxalif terrorçu qruplaşmalarda, o cümlədən “Əl-Nusra”, “Suriya İslam Cəhbəsi” sıralarında Suriya hakimiyyətinə qarşı mübarizə aparan vəhhabilərin böyük əksəriyyəti Azərbaycanın şimal bölgələri (Balakən, Zaqatala) və Sumqayıt şəhərinin sakinləridir. 
Onların Türkiyə ərazisindən Suriyaya keçidinin qarşısını almaq üçün artıq rəsmi Bakı hərəkətə keçib. Türkiyədəki Azərbaycan səfirliyindən bildirilib ki, bu yöndə rəsmi Ankarayla təmaslar qurulub. 
Lakin azərbaycanlı muzdluların Suriyaya axını hələ də davam edir. Üstəlik, Azərbaycanın özündə vəhhabi gənclərə dəstək kampaniyaları aparılır. 
Facebook sosial şəbəkəsindəki bu qeyd də deyilənə əyani sübutdur.
“Əs Sələmu Əleykum va Rahmətullahi va Bərakətuh. Möhtərəm müsəlmanlar, mücahid ailələrinin maddi yardıma ehtiyacı var. Kirayə borclarının ödənilməsi, ərzaqla yardım hətta ev əşyaları ilə və geyimlə də yardıma ehtiyac olur. Bunun üçün sədəqə vermək istəyənlər 0558273771 nömrəsi ilə əlaqə saxlasınlar. 
“Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır” (“Hədid”, 18)”, – deyə araşdırma zamanı aşkarlanan Facebook səhifəsində qeyd olunur. /Modern.az/


Story Code: 345554

News Link :
https://www.islamtimes.org/az/news/345554/suriyada-döyüşən-azərbaycanlı-muzdlulara-facebook-da-dəstək-kampaniyası-aparılır

Islam Times
  https://www.islamtimes.org