0
Monday 27 January 2014 - 22:03

Səudiyyə Ərəbistanı İsrailin əl Əqsa məscidini məbədə çevirmək planını dəstəkləyir

Story Code : 345680
Səudiyyə Ərəbistanı İsrailin əl Əqsa məscidini məbədə çevirmək planını dəstəkləyir
Səudiyyə Ərəbistanı İsrailin əl Əqsa məscidini məbədə çevirmək planını dəstəkləyir
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, Səudiyyə Ərəbistanı İsrail rejiminin müqəddəs əl Əqsa Məscidini məbədə çevirmək planını dəstəkləyir.

Siyasi ekspert Saab Şaas bu açıqlamanı İsrail ev salma və tikinit naziri Uri Ariel müqəddəs məscidin yerində üçüncü məbəd tikmək haqqında planını açıqladıqdan bir gün sonra Press TV-yə müsahibəsi zamanı açıqladı.

Ariel iddia edərək deyib: “Əl Əqsa məscidi halhazırda məbədin yerindədir.”
Şaas deyib ki, Səudiyyə Ərəbistanı həmişədən Sionist rejiminin anti Fələstin hərəkətlərinə dəstək vermiş və Suriyaya qarşı müttəfiqliyində İsrail rejiminə dəstək vermişdir.

O deyib: “İsrail bu addımı atmağa mane olacaq yeganə şey Qəzza Zolağında və Livanda Ərəb-Fələstin müqavimətidir.”
Şaas deyib ki, İsrail Qərb Sahilində mümkün olduğu qədər terroristlərdən müdafiə olunmaq istəyirlər.

O əlavə edərək deyib: “Onlar Əl Əqsa məscidini dağıdana kimi davam edəcəklər, çünki onlar Təkfirçi qrupların Suriyada müqəddəs əraziləri dağıtdıqlarını görüblər və Ərəb mediası da bu məsələdə kifayət qədər səssiz qalmışdır və bu səssizlik İsrail rejiminə bu hadisəni yenidən təkrarlamağa rəvac verəcək.”

Əl Əqsa məscidi Müsəlman dünyasının üçüncü müqəddəs ərazisi sayılır.
Fələstinlilər İsrailin bu planını kəskin şəkildə tənqid etmişdilər.

Onlar deyiblər ki, İsrailin bu addımı Ərəb və İslam tarixini məhv etmək planlarının tərkib hissəsidir.
Source : Islamtimes
Comment