0
Monday 27 January 2014 - 23:29

ABŞ Yaxın Şərqdəki məğlubiyyətini gizlətməyə çalışır

Story Code : 345704
ABŞ Yaxın Şərqdəki məğlubiyyətini gizlətməyə çalışır
ABŞ Yaxın Şərqdəki məğlubiyyətini gizlətməyə çalışır
Bazar günü jurnalistlərə müsahibə verən Qulam Əli Həddad Adil deyib: “Onlar (ABŞ hökuməti) regionda məğlubiyyətlərini gizlətmək istəyirlər, çünki onlar xarici siyasətdə uğursuz olublar və hər kəs artıq ABŞ-ın Əfqanıstan, İraq və Suriya kimi ölkələrdə məğlubiyyətini bilir.”

O əlavə edərək deyib ki, ABŞ 2013-cü il 24 noyabr tarixində İsveçrənin Cenevrə şəhərində İran ilə dünyanın altı dövləti arasında əldə edilmiş nüvə razılaşmasını öz qalibiyyəti kimi göstəməyə çalışır.

İranlı millət vəkili əlavə edərək deyib: “Onlar Cenevrə danışıqlarının bir hissəsini dünya ictimaiyyətinə təqdim etməklə Cenevrə razılaşmasını dünyaya öz qalibiyyətləri kimi göstərməyə çalışırlar.”

Cümə axşamı günü əl Ərəbiyyə kanalına müsahibə verən Kerri deyib ki, əgər İran uranı beş faizdən artıq zənginləşdirərsə, bu zaman hərbi seçim masa üzərindədir və ABŞ bu seçimdən istifadə etməyə hazırdır.

İran xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfxəm şənbə günü deyib ki, Kerrinin bu açıqlaması beynəlxalq qanunların və BMT qətnaməsinin pozulmasıdır.

Kerrinin bu açıqlaması İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və üstəgəl Almaniya arasında əldə edilmiş razılaşmanın həyata keçirliməsinə başlamasından sadəcə bir neçə gün sonra gəldi.

Bu razılıq əsasında İran altı ay ərzində uranın zənginləşdirməsini beş faizdən yuxarı qaldırmamaq müqabilində sanksiyaların yüngülləşdirilməsini əldə edəcək.
Source : Islamtimes
Comment