0
Tuesday 28 January 2014 - 00:00

İraqda baş verən terror hücumlarının arxasında Səudiyyə Ərəbistanı durur

Story Code : 345713
İraqda baş verən terror hücumlarının arxasında Səudiyyə Ərəbistanı durur
İraqda baş verən terror hücumlarının arxasında Səudiyyə Ərəbistanı durur
Maliki jurnalistlərə verdiyi açıqlamada deyib: “İraqda baş verən halhazırki terrorizm Səudiyyə Ərəbistanından qaynaqlanır.”

İraq baş naziri həmçinin Səudiyyə Ərəbistanı ilə birgə Qətər və Türkiyəni də Suriyada terrorizmi dəstəkləməkdə ittiham edib.

Bu ayın əvvəlində o BMT baş katibi Ban Ki-muna məlumat verərək bildirib ki, Riyad bu ay ərzində İraqda 800-dən çox insanın həyatına son qoyan terror hücumları səbəbindən məsuliyyətə cəlb edilməlidir.

Bundan başqa 19 yanvar tarixində Nasiriyyə şəhərində çıxışı zamanı Maliki qeyd edərək bildirib ki, İraq terrorizmi və şəri dəstəkləyən bəzi dövlətlərinin hədəfindədir.

Maliki əlavə edərək deyib: “Dünya bizimlə həmrəydir. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi və bəzi iblisanə dövlətləri çıxmaq şərti ilə ərəb dövlətləri bizimlə bir yerdədir.”

Yaxın aylar ərzində İraqda zorakılıq 2008-ci ildən bəri özünün ən pik həddinə çatıb.
Yaxın həftələr ərzində ölkə təhlükəsizlik qüvvələri ilə əl Qaidəyə bağlı olan terrorist qruplar arasında döyüşə şahid olub.

Ənbar ayələtində baş verən toqquşma 2013-cü il 30 dekbar tarixində ordu qüvvələrinin Romadi düşərgəsində baş verən anti-hökumət üsyanını dağıdarkən baş verdi. Rəsmilər deyib ki, düşərgə əl Qaidə rəhbərliyi üçün qərərgah kimi istifadə edilirdi.

Qan tökülmsi daha sonra Fəllucaya da yayılmış və üsyançılar irəliləyərək şəhəri və Romadinin bir hissəsini ələ keçirmişdilər.

Yanvar ayında İraq baş naziri İraqda hökumətə qarşı fəaliyyət göstərən terror qruplara dəstək verən ölkələrə qarşı qlobal təziqin göstərilməsinə təkid edib və deyib ki, Bağdad dünyanı, insanlığı və ədaləti müdafiə etmək üçün mübarizə aparır.
Source : Islamtimes
Comment