QR CodeQR Code

Porter: Kerrinin İran haqqında açıqlaması qeyri realdır

Islamtimes , 28 Jan 2014 00:08

İslamtimes - Tanınmış amerikalı tarixçi və tədqiqatçı jurnalist deyib ki, ABŞ dövlət katibinin bu yaxınlarda İrana qarşı hərbi müdaxilənin mümkünlüyü haqqında açıqlması qeyri peşəkar və ciddi olmayan bir açıqlamadır və heç də real görsənmir.


Bazar günü Press TV-yə müsahibə verən Qaris Porter deyib: “Mən fikirləşirəm ki, ABŞ dövlət katibi Con Kerrinin İrana qarşı hərbi seçim haqqında açıqlaması çox məntiqsizdir və bu real seçim deyil.”

ABŞ-ın baş diplomatı Səudiyyəyə məxsus Əl Ərəbiyyə televiziyasına verdiyi müsahibədə deyib ki, əgər Tehran Cenevrə razılaşmasının şərtlərini pozarsa bu zaman İrana qarşı hərbi seçim masa üzərindədir və ABŞ bu seçimi həyata keçirməyə hazırdır.

Porter əlavə edərək deyib ki, Kerri bu açıqlamanı ekstremist terroristləri və Konqresdə İrana qarşı sanksiya qanun layihəsini qüvvəyə mindirmək istəyən İsrail yönümlü lobbiçiləri razı salmaqdan ötürü edib. O qeyd edərək bildirb ki, bu qruplar ABŞ-ı İran ilə müharibəyə cəlb etməkdən xoş haldırlar.

O sözünə davam edərək deyib ki, bu prezident Barak Obama administrasiyası tərəfindən yürüdülən siyasət deyil.
Həmçinin ABŞ milli təhlükəsizlik siyasəti üzrə ixtisaslaşan Porter əlavə edərək deyib: “Bu ciddi təhdiddən çox qəzəb və kindir. ”

“Ancaq mən fikirləşirəm ki, İran ilə ciddi danışıqların aparıldığı bir müddətdə bu cür açıqlamalar vermək qeyri peşəkarlıqdır.”

İslam Respublikası bu açıqlamanı “qeyri diplomatik” addım kimi dəyərləndirib. Xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfxəm deyib ki, bu açıqlama beynəlxalq qanunların və BMT qətnaməsinin pozulmasıdır.


İran İslam İnqilabının Mühafizə Korpusunun komandiri həmçinin bu açıqlamaya cavab verib. General mayor Muhəmməd Əli Cəfəri deyib ki, ABŞ-ın hücum edəcəyi təqdirdə İran cavab zərbəsinin gücü Amerika rəsmilərinin dərk etməyəcəyi dərəcədədir.

O əlavə edərək deyib ki, Kerri bilməlidir ki, ABŞ ilə üz-üzə döyüş bütün dünyada olan inqilabçıların illərdir arzusunda olduğu bir şeydir.


Story Code: 345715

News Link :
https://www.islamtimes.org/az/news/345715/porter-kerrinin-iran-haqqında-açıqlaması-qeyri-realdır

Islam Times
  https://www.islamtimes.org