0
Tuesday 28 January 2014 - 00:15

Siyasi analitik: Yaxın Şərqdə Sionistlərin müharibəsi Amerikanın marağı deyil

Story Code : 345717
Siyasi analitik: Yaxın Şərqdə Sionistlərin müharibəsi Amerikanın marağı deyil
Siyasi analitik: Yaxın Şərqdə Sionistlərin müharibəsi Amerikanın marağı deyil
Press TV-nin verdiyi məlumata əsasən siyasi analitik Amerikanın yüksək vəzifəli rəsmilərini xəbərdar edərək deyib ki, Sionistlərin Yaxın Şərqdə mümkün müharibə planları ABŞ-ın maraqları çərçivəsində deyil.

“Veternas Today” qəzetinin baş redaktoru Kevin Barrett deyib: “İsrail baş naziri Benyamin Netanyahu da daxil olmaqla neo mühafizəkar Sionist Likudnik ekstremistləri Yaxın Şərqdə geniş müharibənin baş verməsini istəyirlər, beləliklə onlar Fələstinin etnik təmizlənməsini həyata keçirsinlər və çox güman ki, hətta buna son qoysunlar.”

O əlavə edərək deyib: “Onlar həqiqətdə müharibənin uğurlu olub olmaması haqqında maraqlı deyillər. Onlar sadəcə bu müharibənin kölgəsi altında Fələstində etnik təmizləmə aparmaq istəyirlər.”

Siyasi ekspert qeyd edərək bildirib ki, ABŞ dövlət katibi Con Kerri bilə bilə ki, Yaxın Şərqdəki hər hansı bir zorakılıq və müharibə Amerikanın maraqları çərçivəsində deyil, İrana qarşı barbarcasına təhdidlər edir.

Barret deyib: “O bu təhdidləri deməyə məcbur olub, çünki o halhazırda ABŞ-da xeyli gücə sahib olan Sionist lobbisinin təziqləri altındadır.”

O əlavə edərək bildirib ki, İrana qarşı hərbi hücum hücumçuların qalibiyyəti ilə qurtarmaya bilər.

ABŞ-ın baş diplomatı Con Kerri Səudiyyəyə məxsus Əl Ərəbiyyə televiziyasına verdiyi müsahibədə deyib ki, əgər Tehran Cenevrə razılaşmasının şərtlərini pozarsa bu zaman İrana qarşı hərbi seçim masa üzərindədir və ABŞ bu seçimi həyata keçirməyə hazırdır.

İran xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfğam deyib ki, bu açıqlama beynəlxalq qanunların və BMT qətnaməsinin pozulmasıdır.

Kerrinin bu açıqlaması 2013-cü il 24 noyabr tarixində İsveçrənin Cenevrə şəhərində İran ilə BMT Təhlükəsilik Şurasının beş daimi üzvü – ABŞ, Çin, Rusiya, Fransa, Britaniay və üstəgəl Almaniya arasında imzalanan nüvə razılaşmasının şərtlərinin həyata keçirilməsinə balandığı bir vaxtda gəldi.
Müqaviləyə əsasən İran altı ay ərzində öz nüvə fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etmək müqabilində sanksiyaları yüngülləşdirilməsinə nail olacaq.
Source : Islamtimes
Comment