0
Tuesday 28 January 2014 - 14:29

ABŞ Dövlət Departamenti növbəti nüvə müzakirələrinin Nyu-Yorkda keçiriləcəyini təsdiqləyib

Story Code : 345880
ABŞ Dövlət Departamenti növbəti nüvə müzakirələrinin Nyu-Yorkda keçiriləcəyini təsdiqləyib
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, tərəflər arasında danışıqların ilk mərhələsi fevralın ortalarında Nyu-York şəhərində keçiriləcək və artıq detallar da məlumdur:
“İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Nyu-York müzakirələrini Cenevrədə olduğu kimi keçirilməsini razılaşdırıblar. Biz İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın əldə edilməsi üçün BMT və dünya ictimaiyyətinin dəstəyinin vacib olduğuna inanırıq”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələri ABŞ-da bayram səbəbindən fevralın 18-dək keçirilməyəcək.
Comment