QR CodeQR Code

Livanlı mufti: ABŞ Yaxın Şərqdə İsrailin təhlükəsizliyi səbəbindən münaqişə toxumu səpir

Islamtimes , 28 Jan 2014 23:05

Islamtimes - Livanın baş müftisi deyib ki, ABŞ regional müttəfiqi olan İsraili daha da gücləndirmək üçün Yaxın Şərq ölkələrində münaqişə toxumu səpir.


Şeyx Muhəmməd Rəşid Qabbani bazar ertəsi günü deyib: “ABŞ bizim cəmiyyəti təşkil edən qrupların instinct və təfəkkür tərzini araşdıraraq öyrənib və Ərəb və Müsəlman dövlətlərində münaqişə yaratmağa müvəffəq oldu və eyni vətəndaşlar arasında da həmçinin ixtilaf salmağa nail oldu.”

Livanın baş sünni ruhanisi həmçinin deyib ki, Vaşinqton regionu “Yeni Yaxın Şərq” planı adı altında zəif, bir-birinə düşmən və kiçik məzhəbi dövlətlər şəkilində qurmağı planlaşdırır.

Qabbani qeyd edərək bildirib ki, ABŞ həmçinin İsrailin Fələstin torpaqlarını işğal etməsinə son qoymaq istəyir.
O əlavə edərək deyib: “ABŞ-ın əsas məqsədi İsraili regionda və Ərəb dünyasında hökmran və ən güclü dövlətə çevirməkdir.

Livanın baş müftisi Livanda bu yaxınlarda baş verən bombalı hücumu da pisləyib.

Keçən bir neçə ay ərzində Livanın paytaxtı Beyrut bir neçə müxtəlif bomba partlayışlarına məruz qalıb.

Noyabr ayında İranın Beyrutdakı səfirliyi qarşısında baş verən iki partlayış nəticəsində İranın Beyrutdakı mədəniyyət attaşesi də daxil olmaqla iyirmidən çox insan həlk olmuş və 150-dən çox insan isə yaralanmışdır.


Story Code: 346069

News Link :
https://www.islamtimes.org/az/news/346069/livanlı-mufti-abş-yaxın-şərqdə-israilin-təhlükəsizliyi-səbəbindən-münaqişə-toxumu-səpir

Islam Times
  https://www.islamtimes.org