QR CodeQR Code

Nigeriyada “Boko Haram” silahlıları 85 dinc sakini qətlə yetiriblər

29 Jan 2014 09:10

IslamTimes - Nigeriyada “Boko Haram” qruplaşmasının silahlıları Kavuri kəndinə hücum edərək 85 dinc sakini qətlə yetiriblər.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, kütləvi qətl ölkənin Borno ştatında yanvarın 26-da gecə saatlarında baş verib.
Məlumata görə, yaraqlılar kəndə bir neçə yük maşınında gələrək kəndi gülləbaran edib, evlərin çoxunu yandırıblar.
Qeyd edək ki, “Boko Haram” silahlıları yanvarın 26-da ölkənin şimal-şərqində kilsəyə hücum edib, nəticədə 22 dindar həlak olub.


Story Code: 346137

News Link :
https://www.islamtimes.org/az/news/346137/nigeriyada-boko-haram-silahlıları-85-dinc-sakini-qətlə-yetiriblər

Islam Times
  https://www.islamtimes.org